Ermənistan hakimiyyəti Avropa Birliyi (AB) ilə münasibətləri dərinləşdirmək niyyətindədir ki, ölkə gələcəkdə ittifaqa üzvlüyə namizəd ola bilsin.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Ermənistanın Avropaya inteqrasiya kursuna hazır olub-olmaması ilə bağlı suala o, belə cavab verib:
“Biz birmənalı hazırıq”.
Simonyanın sözlərinə görə, ölkə onu “maksimum təhlükəsizlik”lə təmin edəcək istiqamətdə hərəkət edəcək:
“Bu gün demokratiya ən böyük təhlükəsizlik sistemidir. Biz inanırıq ki, təhlükəsizliyimiz demokratik ölkə olmaqdan, demokratik sistemlə sıx işləməkdən keçir”.