• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Çin-Tayvan gərginliyinin NÖVBƏTİ PƏRDƏSİ – Uzaq Şərqdə münaqişə ocağı ALOVLANIR? [xfvalue_red]

4 Haz, 24 - 19:59

Çin-Tayvan gərginliyinin NÖVBƏTİ PƏRDƏSİ – Uzaq Şərqdə münaqişə ocağı ALOVLANIR?


Beynəlxalq aləmdə bütün fikirlər İsrailin Fələstinə hücumları və Rusiya ilə Ukrayna arasındakı müharibəyə yönəldiyi bir vaxtda Asiyada gərginlik artır. Söhbət Çinlə Tayvan arasındakı gərginlikdən gedir. Təsadüfi deyil ki, Çinin müdafiə naziri Dong Jun iki gün öncə qatıldığı konfransda Çin və Tayvan arasındakı “müstəqillik” böhranı ilə bağlı çox açıq mesajlar verib.

Dong Jun Tayvanla sülh yolu ilə yenidən birləşmənin Çinin əsas məqsədi olduğunu bildirib:

“Lakin buna nail olunmasaq, güc tətbiqi qaçılmazdır. Tayvan separatçıları və xarici güclər sülh prosesinə zərər verirlər”.

Çinli nazir Tayvanın hakim Demokratik Tərəqqi Partiyasını tədricən separatizmi davam etdirməkdə və Çin kimliyini silmək üçün işləməkdə ittiham edib:

“Onlar tarixin utanc sütununda yer alacaqlar. Çin Xalq Azadlıq Ordusu həmişə vətənin birləşməsini müdafiə edən sarsılmaz və qüdrətli bir qüvvə olub. Tayvanın müstəqilliyinin qarşısını almaq və heç vaxt uğur qazanmamasını təmin etmək üçün həmişə qətiyyətli və güclü hərəkət edəcəyik”.

Artıq Çin ordusu Tayvana yaxın ərazilərdə böyük hərbi təlimlərə başlayıb. Bu da o deməkdir ki, Çinlə Tayvan arasında müharibənin başlanması an məsələsidir. Nəzərə alaq ki, bu müharibəni istəyən xarici qüvvələr də az deyil. Xüsusən də ABŞ bu münaqişənin alovlanmasında çox maraqlıdır. Təsadüfi deyil ki, ABŞ Senatının 2024-cü il üçün təsdiq etdiyi yardım paketində birinci yeri Ukrayna, ikinci yeri İsrail tutursa, üçüncülük Tayvana verilib.

Təkcə bu il Vaşinqton Tayvana 5 milyard yardım ayrılmasını nəzərdə tutur. Bu da o deməkdir ki, ABŞ bütün vasitələrlə Çini təxribata çəkib, onu müharibəyə cəlb etmək istəyir. Bu hesaba da Çinin iqtisadi cəhətdən dünya hegemonluğunu durdurmaq istəyir.

Xatırladaq ki, ABŞ bu bölgədə müharibəni alovlandırmaq üçün çoxdan hərəkətə keçib. Yada salaq ki, 2022-ci ildə Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri Çinlə Tayvan və onun müttəfiqi ABŞ arasındakı münasibətlərdə gərginliyin artmasına səbəb olmuşdu.

İndi isə vəziyyət yenidən gərginləşib. Vaşinqton Çinlə Tayvan arasında müharibənin alovlanması üçün bütün hərbi-siyasi və maliyyə vasitələrini işə salıb. Təbii ki, ABŞ Tayvanın müdafiəsində klassik variantı – etnik azlıqların hüquq və azadlıqlarını əldə bayraq edir.

Bəs Çinlə Tayvan arasında münaqişə nə zaman və necə başlayıb?

Bəzi mənbələrə görə, Çinin dövlət qeydlərində ada eramızın 239-cu ilində - Çin imperatoru ərazini tədqiq etmək üçün ora ekspedisiya göndərəndə aşkar edilib. Pekin Tayvana sahiblik hüququnu bu faktla əsaslandırır. Nisbətən qısa müddət ərzində - 1624-cü ildən 1661-ci ilə qədər Tayvan Hollandiyanın müstəmləkəsi olub, 1683-cü ildən 1895-ci ilə qədərsə Çinin Tsin sülaləsinin nəzarətinə keçib.

Həmin əsrdə xeyli sayda insan Çindəki iğtişaşlardan və yoxsulluqdan qaçaraq Tayvana gedib. Onların əksəriyyəti Futsyan əyalətindən olan hoklo xalqının nümayəndələri və ya Quandun əyalətindən olan hakkalar olub. Hazırda adadakı ən böyük demoqrafik qrupu onların nəsilləri təşkil edir.

1895-ci ildə - birinci Çin-Yapon müharibəsindən sonra Tsin hökuməti Tayvanı Yaponiyaya güzəştə getməli olub. İkinci Dünya Müharibəsinin nəticələrinə görə isə Yaponiya bu ərazidən imtina edib.

Müharibədə qalib dövlətlərdən biri olan Çin müttəfiqləri ABŞ və Böyük Britaniyanın razılığıyla Tayvanı idarə etməyə başlayıb.

Amma sonra Çan Kayşinin rəhbərlik etdiyi Homindan Partiyasının hökumətiylə Mao Tszedunun başçılıq etdiyi Çin Kommunist Partiyasının qoşunları arasında vətəndaş müharibəsi başlayıb və Qomindan məğlub olub.

1949-cu ildə Çan Kayşi öz tərəfdarlarıyla birlikdə (təxminən 1,5 milyon nəfər) Tayvana qaçıb. Orda sürgün hökuməti qurub, tabeçiliyindəki əraziyə Çin Respublikası adını verib və 25 il ona rəhbərlik edib. Adaya Çan Kayşiylə birlikdə gəlmiş çinlilər əhalinin cəmi 14 faizini təşkil etsələr də, uzun illər Tayvan siyasətində dominant mövqeyə sahib olublar.

Kayşidən sonra hakimiyyətə onun oğlu - Nikolay Vladimiroviç Yelizarov kimi də tanınan Tszyan Tszinqo gəlib. Gənclik illərində onu Moskvaya oxumağa göndəriblər, orada Leninin bacısıgildə yaşayıb. Tszyan kollektivləşmədə iştirak edib, hətta bir müddət “Uralmaş” zavodunda çalışıb, 1937-ci ildə isə həbs olunub.

Amma elə həmin il orada ailə qurduğu həyat yoldaşı ilə vətəninə qayıdan Tszyan Tzsinqo sadəliyi və demokratik davranışı ilə seçilib. Atasının hökumətində daxili işlər naziri postunu tutub, bir neçə dəfə kommunistlərin üsyan cəhdlərini yatırdıb.

Çan Kayşinin ölümündən sonra Homindan Partiyasına rəhbərlik etməyə başlayan Tszyan Tszinqo 1978-ci ildə prezident olub.

O, vəfat etdiyi 1988-ci ilə qədər bu posta ard-arda iki dəfə seçilib. Hökumət mahiyyətcə avtoritar olaraq qalsa da, onun dövründə Tayvanda demokratik islahatlar həyata keçirilib.

Tszinqodan sonra hakimiyyətə onun dövründə vitse-prezident olmuş Li Denhuey gəlib. Bu şəxsi "Tayvan demokratiyasının atası" adlandırırlar. Denhuey konstitusiya islahatı həyata keçirib. 2000-ci ildə ölkədə ilk dəfə Homindan Partiyasının üzvü olmayan biri - Çen Şuybyan prezident seçilib.

Tayvanın müstəqilliyini hansı ölkələr tanıyıb?

Tayvandakı dövlət quruluşu ilə bağlı fikir ayrılıqları və çaşqınlıq var. Adanın öz konstitusiyası, seçki yolu ilə seçilmiş liderləri və təxminən 300 min nəfərlik ordusu var. Tayvanı rəsmən tanıyan ölkələrin sayı hazırda 15-dir. Müstəqil dövlətin bütün xüsusiyyətlərinə və Çindən fərqli siyasi sistemə malik olmasına baxmayaraq, Tayvanın hüquqi statusu qeyri-müəyyən olaraq qalır.

ABŞ Tayvanın dövlət müstəqilliyini tanımayıb. Amma Tayvan Vaşinqton üçün rəsmi Pekinə qarşı istifadə etdiyi ən uğurlu alətdir. Buna görə də son illər iqtisadi qüdrəti ilə ABŞ-a meydan oxuyan Çini dayandırmaq üçün Tayvan kartını ortaya atıb.

Bəs ABŞ Tayvanla Çin arasında müharibəni alovlandıra biləcəkmi?

Bunu artıq zaman göstərəcək. Amma görünən odur ki, Çinlə Tayvan dəhşətli müharibənin astanasındadır. Müharibəninsə fitili ABŞ-ın əlindədir.

Bizim.Media

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Çin ordusu təlimlər zamanı Tayvan adasını mühasirəyə alıb
backend
XİN: Tayvanın Çinin ayrılmaz hissəsi olması faktı gələcəkdə də dəyişməyəcək
backend
Tayvan Çinin yardım təklifindən imtina edib
backend
Tramp yenidən 3-cü dünya müharibəsinin qarşısını alacağına söz verdi
backend
Akar: “Azərbaycanın dərdi dərdimiz, sevinci sevincimizdir”
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 312

XƏBƏR LENTİ

Zəngilan və Qubadlı rayonlarında yeni aqropark yaradılır – 500 min manat ayrıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:505 Kas
Ermənistan və Türkiyə arasında ticarət əməliyyatlarında yeni mərhələ başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:455 Kas
Vətən Müharibəsi Qəhrəmanı Füzuli İmrəliyevə general-mayor ali hərbi rütbəsi verilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:375 Kas
Masallıda itkin düşən 15 yaşlı qız tapılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:395 Kas
Milli Qəhrəman Polad Həşimovun anası xəstəxanaya yerləşdirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:375 Kas
Ərdoğan Azərbaycan hava məkanından keçərkən İlham Əliyevə və Azərbaycan xalqına salamlarını çatdırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:355 Kas
Lənkəranda qamışlıq ərazidə kişi meyiti tapılıb – Baş nahiyəsində xəsarət aşkarlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:255 Kas
Şəhid anası ağır yol qəzasında həyatını itirib – Hadisənin təfərrüatları məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:165 Kas
İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:115 Kas
Zaur Abişev Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:005 Kas
Əziz İsmayılov: “Vətənə xidmət yalnız sözlə deyil, əməli fəaliyyətlə sübut olunmalıdır” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:274 Kas
Bakıda BMW klinikaya çırpıldı – Xəsarət alanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:584 Kas
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:574 Kas
Qazaxda 33 yaşlı kişi bıçaqlandı – Şübhəli məktəblidir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:524 Kas
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib – SİYAHI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:274 Kas
Ermənistan İstintaq Komitəsinin sədri saxlanılan azərbaycanlı hərbçi ilə bağlı açıqlama verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:144 Kas
İlham Əliyev İliyana Yotovanı təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:534 Kas
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Səbuhi Sadıqov kimdir? – DOSYE [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:524 Kas
Səbuhi Sadıqov Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:484 Kas
Ukraynada azərbaycanlılara qarşı kiberdələduzluq edən mütəşəkkil dəstənin üzvləri saxlanılıb – FOTOLAR [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:304 Kas
İspaniya futbolunda faciə: Qapıçı ilə toqquşan Jesús de Miguel 30 yaşında vəfat etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:264 Kas
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:343 Kas
Şəkidə qəzada həlak olan hərbçinin yaxın vaxtlarda ata olduğu məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:263 Kas
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:193 Kas
Futbol matçında dəhşətli hadisə: Hücumçunun ürəyi dayandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:143 Kas
Göygöldə 66 yaşlı kişinin meyiti evində tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:103 Kas
“Fənərbağça” yeni baş məşqçisi ilə razılığa gəldi – Serjiu Konseysao İstanbul yolunda [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:063 Kas
Türkiyədə 5,1 maqnitudalı zəlzələ baş verdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:043 Kas
Cəlilabadda iki avtomobil toqquşdu: İki nəfər xəsarət aldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:533 Kas
Şəki Yaylasındakı faciə ilə bağlı iki nəfər həbs edildi – İki şəxsin ölümünün TƏFƏRRÜATI AÇIQLANDI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:503 Kas
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:373 Kas
İrandan Azərbaycana keçmək istəyən sərhəd pozucusu zərərsizləşdirilib – DSX-dən AÇIQLAMA [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:022 Kas
Bakı-Qazax magistralında ağır qəza: Bir ailənin 5 üzvü xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:542 Kas
Bakıda tanınmış müəllim vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:502 Kas
Ankarada narkotik əməliyyatları: 40 nəfər həbs edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:462 Kas
Ağstafada avtomobil iki məktəbli qızı vurub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:352 Kas
“Fənərbağça” Valdas Dambrauskasa 3 illik müqavilə təklif edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:242 Kas
Bakıda jurnalistə qarşı zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:192 Kas
Leyla Əliyeva ADA Məktəbində keçirilən Payız festivalından paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:152 Kas
Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:122 Kas
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:072 Kas
Bakıda fəaliyyət göstərməyən ət kombinatında güclü yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:431 Kas
Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:351 Kas
Qurban Qurbanov iki futbolçusunun cəzalandırılacağını açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:241 Kas
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə