Corc Soros və onun oğlu, Açıq Cəmiyyət Fondunun sədri Aleksin nümayəndələri ABŞ-ın vitse-prezidenti Kamala Harrisin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyib.
Bu barədə Sorosun oğlu Aleks Soros X-də yazıb.
O, hamını Kamala Harrisin ətrafında birləşməyə çağırıb:
“Noyabr seçkilərində hazırkı Prezident Co Baydenin yenidən seçilməkdən imtina etməsindən sonra Kamala Harrisin ətrafında birləşmək və Donald Trampı məğlub etmək vaxtıdır. O, mümkün olan ən yaxşı və ən bacarıqlı namizəddir”.
Qeyd edək ki, Soroslar Baydenə dəstək üçün böyük maliyyə töhfələri ilə tanınırlar.