Xocavənd rayon Mərkəzi xəstəxanasında Puplik hüquqi şəxsin direktoru vəzifəsini icra edən Mənsurə Bayramovanın rəhbərlik etdiyi xəstəxanada güclü maliyyə pozğunluğu vardır. Bizə daxil olan şikayətə görə xadimə vəzifəsində çalışan 12 işçinin hüquqları pozulmuşdur. Bununla bərabər onu da qeyd etmək istərdik ki, xəstəxanada buna bənzər başqa qanunsuz hərəkətlər vardır. Xəbər portalımızda bunu işıqlandırmaqda məqsədimiz ondan ibarətdir ki,Təbib və Səhiyyə nazirliyi sözü gedən xəstəxanada özbaşınalığa son qoyulması üçün öz hüquqi xidmətlərini versinlər. Onu da qeyd etmək istərdim ki, qoyduğumuz xəbərlə bağlı qarşı tərəfin fikirlərini dinləməyə hazırıq.