Azərbaycanın 2 ali təhsil müəssisəsi ilk dəfə dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “Times Higher Education dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil olub.
Oktyabrın 9-da Birləşmiş Krallıqda keçirilən “Dünya Akademik Sammiti” çərçivəsində dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən “THE Dünyanın ən yaxşı universitetlərinin reytinqi”nin nəticələri açıqlanıb.
İlk dəfə Azərbaycan 2 ali təhsil müəssisəsi (Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) ilə sözügedən qlobal reytinqdə təmsil olunur.
Bakı Dövlət Universiteti 2021-ci ildən etibarən ardıcıl olaraq 4-cü dəfədir ki, bu reytinqdə yer alır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə ilk dəfədir ki, sözügedən qlobal reytinqə daxil olub.
Qeyd edək ki, “THE dünyanın ən yaxşı universitetlərinin reytinqi”nin metodologiyasına əsasən elmi-tədqiqat yönümlü universitetlərin fəaliyyəti 18 meyar üzrə qiymətləndirilir.