Bu gün Bakıda Heydər Əliyev Mərkəzində “Pre-COP29” tədbiri öz işinə başlayıb.
Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-Cop29) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının iştirakçılarına müraciət ünvanlayıb.
Dövlət başçısının müraciətini COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev oxuyub.
Tədbir iki gün davam edəcək.