• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Suqovuşanın işğaldan azad edilməsindən 2 il ötür [xfvalue_red]

3 Ekm, 22 - 10:43

Suqovuşanın işğaldan azad edilməsindən 2 il ötür


Bu gün Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür.

2020-ci ilin oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib.Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.

1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir.

Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub.

Kənd ərazisində Suqovuşan su anbarı və Suqovuşan-1 su elektrik stansiyası yerləşir. Ermənilər Suqovuşanı işğal etdikdən sonra burada hərbi hissələr yaratmışdı. 49971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa, erməni ordusunun "6-cı müdafiə rayonu" kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Suqovuşanda mövqe tuturdu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin oktyabr ayının 3-də Suqovuşanın erməni işğalından azad olunduğunu açıqlayıb. Daha sonra Ali Baş Komandan həmin dövrdə 1-ci Ordu Korpusuna komandanlıq edən general-mayor Hikmət Həsənovu Suqovuşanın işğaldan azad olunması münasibətilə təbrik edib.

Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.

Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

Suqovuşanın düşməndən azad edilməsi Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisə göndərilib. Layihə parlamentin 2020-ci ilin oktyabrın 6-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

Daha sonra Prezident İlham Əliyev Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb. Sənədə əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq Sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

2020-ci ilin oktyabr ayının 3-də erməni işğalından azad olunan Talış kəndi XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Talış kəndi əvvəllər Ağdərə rayonunun inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Talış kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Kənd Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub. Lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı iyunun 16-sı Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun 1-ci Goranboy batalyonu və komandir Nazim Bayramovun tank batalyonu (ümumilikdə 8 tank) tərəfindən Tapqaraqoyunlu istiqamətindən birgə sürətli hücum nəticəsində kənd erməni işğalçılarından azad edilib. Hücum zamanı Azərbaycan Ordusunun cəmi 1 əsgəri yaralanmışdı. Lakin 1994-cü ilin aprel ayında hücum edən erməni qüvvələri kəndi yenidən işğal ediblər.

2 aprel 2016-cı il tarixində Talış kəndinin ətrafındakı strateji yüksəkliklər Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı düşməndən tam geri alınıb.

2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri Talış kəndinin ətrafındakı strateji yüksəklikləri ələ keçirmək məqsədilə təxribat törədiblər. Lakin Azərbaycan Silahlı Qüvvələri keçirdiyi əməliyyat zamanı onların qarşısını alaraq pilotsuz uçuş aparatı olan PUA-nı məhv ediblər.

Qeyd edək ki, oktyabrın 3-də Suqovuşan və Talış kəndləri ilə yanaşı Cəbrayıl rayonun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Bu gün Azərbaycanda Anım Günüdür
backend
Bakının işğaldan azad edilməsindən 104 il ÖTÜR
backend
Ermənilər Kəlbəcər və Tovuzu ATƏŞƏ TUTDU
backend
İlham Əliyev 2 sərəncam imzaladı
backend
Ermənilər sülhməramlıların olduğu ərazidə TƏXRİBAT TÖRƏTDİ
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 065

XƏBƏR LENTİ

Ermənistan hökuməti istefaya gedir – Paşinyan açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2430 Tem
Sura Mirac Abbassoy: “Gələcəkdə Azərbaycan bayrağı altında güləşəcəyəm” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2230 Tem
Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri geri çağırıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0330 Tem
Habil Əliyevin adı Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5930 Tem
Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsindən azad edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4730 Tem
İlham Əliyev Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4230 Tem
Türkiyə meşə yanğınları ilə mübarizə aparır: Antalya və Muğladan dəhşətli görüntülər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1330 Tem
Şəmkir xəstəxanasında vətəndaşla ünsiyyət niyə problemə çevrilib? – Baş həkimin katibəsinin davranışı ilə bağlı ciddi narazılıq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3930 Tem
Bakıda və bölgələrdə güclü külək gözlənilir – XƏBƏRDARLIQ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2630 Tem
Firudin Məmməd oğlu İbrahimov – səmərəli idarəetmə və peşəkar fəaliyyət prinsiplərinin təcəssümü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2730 Tem
Təhsilin inkişafında hazırlıq kurslarının rolu və Həsənova Gülnarənin rəhbərlik fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4229 Tem
Sabunçuda boşanmaq istəyən qadının bıçaqlanması ilə bağlı yeni təfərrüatlar məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5329 Tem
Araz çayında batmaq təhlükəsi ilə üzləşən gənc xilas edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4229 Tem
Hikmət Hacıyev Şuşa həbsxanası ilə bağlı reportajı paylaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3729 Tem
Milli Qvardiyanın ilk komandanı Azər Babayev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3329 Tem
Bu ilin 700 bal toplayan yeganə abituriyenti məlum oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2729 Tem
Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0829 Tem
Sertifikasiya imtahanlarının apellyasiya nəticələri açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5229 Tem
Şavkat Mirziyoyev Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3229 Tem
İlham Əliyev "Aviasiya haqqında" qanuna dəyişiklikləri təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1729 Tem
Livan-İsrail danışıqları ABŞ-İran münasibətlərinə təsir edə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1329 Tem
Tağıyeva Jalə – Təhsilin inkişafına məsuliyyətlə xidmət edən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0228 Tem
Təcili: İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4728 Tem
XİN-dən Mariya Zaxarovaya sərt cavab: "Reallıq təhrif olunur" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3628 Tem
Güclü külək Bakıda 48 ağacı aşırdı, qadın xəsarət aldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2528 Tem
Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2228 Tem
U17 dünya çempionatı: Bu gün 5 Azərbaycan güləşçisi final uğrunda mübarizə aparacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5428 Tem
Çoxlarının bilmədiyi fakt: "Yamal" Lamin Yamalın soyadı deyil [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2628 Tem
Putin Rusiya Silahlı Qüvvələrinin yeni ştat sayını təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1228 Tem
Qubada ağır qəza: 29 yaşlı sürücü hadisə yerində həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0528 Tem
SOCAR qazma işlərini 32,3% artırdı – Yeni hasilat göstəriciləri açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5828 Tem
DÇ-2026-nın final hakimi karyerasını başa vurdu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5128 Tem
Prezident Türkiyədəki Azərbaycan baş konsullarının yeri dəyişdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:5727 Tem
İşçilərin pay və səhm əldə etməsi ilə bağlı yeni qaydalar təsdiqləndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:5227 Tem
Prezident yeni qanunu təsdiqlədi: İşçilər şirkətdə pulsuz pay və səhm əldə edə biləcəklər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4627 Tem
94 saylı uşaq bağçasında nə baş verir? Valideynlər etiraz edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3227 Tem
Güclü külək Bakıda iki nəfərin xəsarət almasına səbəb olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4227 Tem
Dövlət Gömrük Komitəsində yeni təyinat – Şahin Bağırov əmr imzaladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3227 Tem
Bakı-Sabunçu istiqamətində qatarların hərəkətində gecikmə yaşandı – SƏBƏB AÇIQLANDI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2227 Tem
İran ABŞ-yə xəbərdarlıq etdi: "Münaqişənin coğrafiyası daha da genişlənəcək" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0027 Tem
"Qarabağ"ın təşkil etdiyi media turnirinin qalibi bəlli oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5727 Tem
Həsənzadə Elvin – Gəncə şəhərinin memarlıq inkişafına töhfə verən peşəkar rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1827 Tem
Gülnar Rəşidova – Musiqi təhsilinin inkişafına dəyərli töhfələr verən nümunəvi rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0526 Tem
Elbrusda altı alpinist kömək istədi: Xilasetmə əməliyyatı başladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0626 Tem
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə