Azərbaycanın inkişafına öz töhfəsini verən iş adamlarından biri də Münasib Qurbanovdur. O, təkcə biznes fəaliyyəti ilə deyil, həm də vətənpərvər mövqeyi və şəhid ailələrinə göstərdiyi dəstək ilə tanınır. Münasib Qurbanov daim şəhid ailələrinin yanında olaraq onların sosial rifahına, mənəvi dayaqlarının möhkəmlənməsinə töhfə verir.
O, şəhid ailələrinin qayğılarının azaldılmasını sadəcə vətəndaş borcu deyil, mənəvi məsuliyyət kimi qəbul edir. Müxtəlif sosial layihələrə dəstək göstərən Münasib Qurbanov bu ailələrin ehtiyaclarının qarşılanması üçün həm maddi, həm də mənəvi yardım edir.
Münasib Qurbanov eyni zamanda Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti də ürəkdən dəstəkləyir. Onun fikrincə, dövlətimizin inkişafı, şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı bu siyasətin əsas prioritetlərindəndir. O da bu istiqamətdə dövlət-xalq həmrəyliyinə töhfə verməyi özünə şərəf sayır.
Cəmiyyətin hər bir üzvü üçün örnək olan Münasib Qurbanovun fəaliyyəti bir daha göstərir ki, Vətənə xidmət təkcə silahla deyil, əməl və dəstək vasitəsilə də mümkündür. Onun bu addımları həm şəhid ailələri, həm də ictimaiyyət tərəfindən böyük minnətdarlıqla qarşılanır.