
Ermənistana Azərbaycan mənşəli neft və neft məhsullarının idxalı prosesi ilə bağlı detallar açıqlanmır.
Qanuntv.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bu gün – 15 dekabrda Milli Assambleyada jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Nazirin sözlərinə görə, mövzu kommersiya xarakteri daşıyır və əlavə məlumat vermək mümkün deyil:
“Bununla bağlı yalnız onu təsdiqləyə bilərəm ki, məsələ kommersiya sirridir. Daha artıq heç nə deyə bilmərəm”, – deyə Papoyan vurğulayıb.





