
Qırğızıstanın hazırkı dövlət başçısı Sadır Japarov ölkənin keçmiş prezidenti Almazbek Atambayevi dövlət mükafatlarından məhrum edib.
Qanuntv.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının məlumatında bildirilir. Fərmana əsasən, Bişkek şəhəri Pervomayski rayon məhkəməsinin 3 iyun 2025-ci il tarixli qərarı çərçivəsində Atambayevin dövlət tərəfindən verilmiş bütün mükafatları geri alınır.
Sabiq prezidentin əlindən “Qırğızıstan Qəhrəmanı” ən yüksək mükafatı, 2-ci dərəcəli Manas ordeni, Danaker ordeni və “Dənk” medalı alınmışdır.
Bu qərarın səbəbləri məhkəmə qərarında əksini tapıb və məsələ ilə bağlı müvafiq hüquqi prosedurlar həyata keçirilir.





