
İspaniyanın nəhəng futbol klubu “Real Madrid” baş məşqçi Xabi Alonso ilə əməkdaşlığa son qoyub. Klub bu barədə rəsmi açıqlama yayıb.
Məlumata görə, tərəflər arasında ayrılıq qarşılıqlı razılaşma əsasında baş tutub. Klub rəhbərliyi yaydığı bəyanatda Xabi Alonsonun “Real Madrid” üçün gördüyü işlərə görə təşəkkür edib və ona gələcək məşqçilik karyerasında uğurlar arzulayıb.
Qərarın son vaxtlar komandanın qeyri-sabit çıxışı və xüsusilə İspaniya Superkubokunda “Barselona”ya məğlubiyyətdən sonra verildiyi bildirilir.
Qeyd edək ki, Xabi Alonso “Real Madrid”in baş məşqçisi vəzifəsinə 2025-ci ilin yayında təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda bir sıra matçlarda uğurlu çıxış etsə də, son nəticələr klub rəhbərliyini qane etməyib.
“Real Madrid”in yeni baş məşqçisinin kim olacağı ilə bağlı rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi gözlənilir.





