
Türkiyə aviaşirkətləri İraqa gecə reyslərini ləğv edib, uçuşlar yalnız gündüz saatlarında icra olunacaq.
Qanuntv.az xəbər verir ki, bu barədə İraqın Nəqliyyat Nazirliyi məlumat yayıb. Nazirliyin rəsmi nümayəndəsi Meysəm əs-Safi bildirib ki, İraq–Türkiyə arasında uçuşlar müntəzəm davam edir, lakin təhlükəsizlik səbəbindən gecə reysləri yalnız gündüz saatlarına keçirilib. Onun sözlərinə görə, bu tədbir müvəqqəti xarakter daşıyır.





