
Ölkənin bəzi ərazilərində yaşayış məntəqələrinin daxilində yerləşən qeyri-yaşayış obyektləri dövlət torpağı kimi qeydiyyata alınır.
QanunTV.az xəbər verir ki, bunu Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deyib.
O qeyd edib ki, bələdiyyə xəritələrinin verilməməsinin əsas səbəblərindən biri məhz bu boşluqdur.





