
Azərbaycanda Əmək Məcəlləsinə edilən yeni dəyişikliklər qüvvəyə minib. Dəyişikliyə əsasən bir sıra mühüm yeniliklər tətbiq olunacaq:
✅ Uşağın doğulması ilə əlaqədar kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək.
✅ Distant işin əlavə şərtləri əmək müqaviləsi ilə müəyyən ediləcək.
✅ Gecə növbəsinə təyin olunan işçilərin ailə vəzifələri nəzərə alınacaq.
✅ Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq.
✅ Müdirin tapşırığı ilə ezamiyyətə getmək məcburi olacaq.
✅ Ailə vəzifələrinə görə işçilər arasında ayrı-seçkiliyə yol vermək qadağan edilir.
✅ Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək.
✅ İşçi hərbi xidmətə çağırılanda ona orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəniləcək.
Dəyişikliklər işçilərin hüquqlarını genişləndirir və iş şəraitində ailə və sosial təminatı gücləndirir.





