
Xarici İşlər Nazirliyi məlumat verir ki, İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı Tehrandakı səfirlik və Təbrizdəki Baş konsulluq mütəmadi olaraq fəaliyyətdədir.
Nazir Ceyhun Bayramov bildirib ki, İran ərazisindəki vətəndaşlarımızla bağlı fəaliyyət bir saat belə dayanmayıb və bütün proseslər fasiləsiz şəkildə davam etdirilir.





