
İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
Olimpiya Oyunları fevralın 22-dək davam edəcək.
Yarışlarda 90-dan çox ölkəni təmsil edən 2 800-dən artıq idmançının iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Qış Olimpiya Oyunları dünyanın ən mötəbər idman tədbirlərindən biri hesab olunur və müxtəlif qış idman növləri üzrə yarışlar təşkil edilir.






