
Avstriyalı snoubordçu İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında paralel nəhəng slalom üzrə fərdi yarışda qızıl medal qazanaraq qış olimpiadaları tarixinin ən yaşlı qalibi olub. İdmançı bu uğurunu 40 yaş 115 günlüyündə əldə edib.
İkiqat olimpiya çempionu adını qazanan idmançı, əvvəlki rekord sahibi norveçli Ole-Eynar Byorndalenin 2014-cü ildə Soçi Qış Olimpiya Oyunlarında müəyyənləşdirdiyi 40 yaş 12 günlüyündə qazanılmış rekordunu yeniləyib.
Qeyd edək ki, B. Karl ilk olimpiya çempionluğunu 2022-ci ildə Pekində qazanmışdı.





