
Azərbaycan Respublikasında yüksək vəzifəli təyinat həyata keçirilib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin olunub.
Məlumata görə, Rəşad Həsənov 1987-ci ildə Şəmkir rayonunda anadan olub.
Qeyd edək ki, yeni təyinat rəqəmsal inkişaf və nəqliyyat sektorunda idarəetmənin daha da gücləndirilməsi istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilir.





