
“Qalatasaray”ın ulduz hücumçusu Viktor Osimhen Türkiyənin 1-ci Liqa komandası “İstanbulspor”u almaq niyyətindədir.
Qanuntv.az-ın məlumatına görə, Afrika xəbər agentliyi “Afrik Foot” bildirir ki, Osimhenin məqsədi sadəcə bir klub sahibi olmaq deyil, Nigeriya ilə Türkiyə arasında nəhəng futbol körpüsü yaratmaqdır.
Layihənin ilk mərhələsi kimi Nigeriyada xüsusi bir futbol filialı və akademiya açılacaq. Bu akademiya gənc və perspektivli futbolçuların erkən yaşda kəşf edilməsinə və onlara ixtisaslaşmış təlim verilməsinə imkan yaradacaq.
Osimhenin təşəbbüsü həm Nigeriya futbolunun inkişafına, həm də Türkiyə ilə idman əlaqələrinin güclənməsinə töhfə verəcək.





