
İspaniyanın Sevilla FC futbol klubu komandanın baş məşqçisi Matías Almeyda ilə yollarını ayırıb.
Qanuntv.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
Bildirilib ki, 53 yaşlı argentinalı mütəxəssis artıq komandanın baş məşqçisi vəzifəsində çalışmayacaq. Qeyd edək ki, Almeyda 1996-97-ci illərdə futbolçu kimi də Sevilla FC-nin şərəfini qoruyub.
O, komandaya 2025-ci ilin yayında baş məşqçi təyin olunmuşdu.
Xatırladaq ki, İspaniya çempionatında 29 turdan sonra Sevilla FC 31 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Komandanın uğursuz çıxışı bu qərarın verilməsində əsas amillərdən biri hesab olunur.





