
İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisinə ballistik raketin buraxılması Azərbaycanda kəskin reaksiya doğurub.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, rəsmi Bakı baş verən hadisəni qətiyyətlə pisləyir və regionda gərginliyi artıran bu kimi addımları qəbuledilməz hesab edir.
Bəyanatda vurğulanıb ki, Azərbaycan qardaş Türkiyə ilə həmrəy olduğunu bir daha nümayiş etdirir:
“Qardaş Türkiyə ilə həmrəyliyimizi ifadə edir, onun təhlükəsizliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik”.
Hadisə ilə bağlı əlavə məlumatların araşdırıldığı bildirilib.





