
İngiltərənin Brighton & Hove Albion klubu Böyük Britaniya və Avropada yalnız qadın futbolu üçün nəzərdə tutulmuş ilk stadionun tikintisi planlarını açıqlayıb.
Qanuntv.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Yeni arena 10 min tamaşaçı tutumuna malik olacaq və açılışı 2030/31 mövsümünə planlaşdırılır. Stadionun klubun kişi komandasının çıxış etdiyi təxminən 32 min nəfərlik tutuma malik “Falmer Stadium”un yaxınlığında inşa edilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, stadionun bütün infrastrukturu — soyunub-geyinmə otaqları, foyelər və digər məkanlar — qadın futbolçuların və azarkeşlərin ehtiyaclarına uyğun şəkildə layihələndiriləcək.
Məlumata görə, layihənin ümumi dəyəri 75–80 milyon funt-sterlinq aralığında olacaq.





