
Ağcabədi rayonunun Hindarx qəsəbəsində ağır cinayət hadisəsi qeydə alınıb.
1978-ci il təvəllüdlü Nəzakət Səlimova aldığı balta xəsarətləri nəticəsində ölüb. İlkin məlumatlara görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Hadisə ilə bağlı qadının əri, Ayaz Səlimov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Hadisənin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.





