
Türkiyədə təhsil alan azərbaycanlı tələbə Əli Rüfət oğlu Rüstəmov yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Qanuntv.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.
Bildirilib ki, qəza nəticəsində vəfat edən tələbənin nəşi Azərbaycana gətirilib və artıq dəfn olunub.
Faktla bağlı əlavə məlumat verilməyib.





