
Qanuntv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni ilə təkbətək görüş keçirir.
Görüş zamanı Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunur. Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparırlar.
Həmçinin regional və beynəlxalq məsələlərə dair qarşılıqlı maraq doğuran mövzular da diqqət mərkəzindədir. Görüşün nəticələrinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyi gözlənilir.








