• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Zəngilan aeroportunun izi ilə: Ərdoğanla Əliyevin planları, rəqibləri nəticələrə hazırlamaq - TƏHLİL [xfvalue_red]

21 Ekm, 22 - 11:08

Zəngilan aeroportunun izi ilə: Ərdoğanla Əliyevin planları, rəqibləri nəticələrə hazırlamaq - TƏHLİL


Oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələrək Zəngilan beynəlxalq hava limanının açılışında iştirak etdi.

Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Zəngilanda və Cəbrayılda bir sıra açılış tədbirlərinə də qatıldı, dövlət başçıları ikitərəfli təkbətək görüş keçirdi.

Ərdoğanın səfər qrafikinin tablosu Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin həm simvolik əhəmiyyətini özündə ehtiva edirdi, həm də hərbi-siyasi birlik modelinin bərkidilməsinə xidmət edən yeni planların hazırlanmasının göstəricisi kimi böyük ölçülü məna tutumuna malik idi.

Ötən il işğaldan azad edilmiş ərazilərin Qarabağ iqtisadi rayonuna düşən coğrafiyasında, Füzulidə aeroport istifadəyə verildi, bu cür avialayihələrin davamı isə Şərqi Zəngəzurdakı Zəngilanda baş tutdu.

Hava limanları hərbi-siyasi infrastrukturun tərkib hissəsi olduğundan, Ərdoğanın həm Füzuli, həm də Zəngilan aeroportlarının açılışına qatılması regional səmada təhlükəsizliyin qorunmasında Ankaranın rolunun artdığının əlaməti kimi şərh edilə bilər.

Aeroportların ölkələr üçün strateji əhəmiyyəti ondan ibarətdir ki, hava hücumundan müdafiə strategiyasını beynəlxalq mərkəzləşmiş idarəetmə sistemi çərçivəsinin içərisinə daxil edir.

Məntiq müdafiə sistemlərinin təkmilləşdirilməsini labüd edir ki, bu da Əliyevlə Ərdoğanın işğaldan azad edilmiş ərazilərin təhlükəsizlik mühitindəki aeroportların rolunu hərbi yüklərin daşınması ilə də reallaşdırmağı planlaşdırmasına gətirib çıxarır.

Ərdoğanın səfərində Əliyevlə təkbətək görüşməsi təhlükəsizlik şəraitinin yeni siyasi çalarlarla immunitetinin gücləndirilməsi baxımından xüsusi önəm daşıyırdı.

Beynəlxalq siyasi nizamın pozulması səbəbindən enerji resurslarına olan ehtiyacların artması zəngin təbii sərvətlərə malik olan Azərbaycana cazibə mərkəzində çəki qazandırır.

Bununla bərabər Azərbaycanın Avropa və Asiya arasındakı beynəlxalq ticarət, nəqliyyat-kommunikasiya xətləri qovşağındakı geosiyasi mövqeyi də qlobal gərginlik səbəbindən regionda sabitliyin pozulmasına, milli təhlükəsizlik üçün təhdidlərin yaranmasına gətirib çıxara bilər.

Ona görə də, Azərbaycanla Türkiyə təhlükəsizlik üçün artan təzyiqlərin önünə keçmək vəzifələrini birlikdə inkişaf etdirirlər və Ankara Bakının strateji zəmanətçisi kimi önə çıxır.

Bu platforma Azərbaycanla Türkiyənin əməkdaşlığının regional çərçivələrdən çıxaraq beynəlxalq səviyyəyə qalxması prosesini sürətləndirir, Əliyevlə Ərdoğan görüşlərdə həmin mövzunu da diqqətdə saxlayıblar.

Türkiyə beynəlxalq və regional səviyyədəki maraqlarını təhsil, elm, iqtisadiyyat, ticarətlə də təmin edir və bu, sonra Ankaranın hərbi mövcudluq dairəsinin böyüməsi üçün münbit şəraitlər yetişdirir.

Ona görə də, Türkiyə şirkətlərinin Qarabağda və Şərqi Zəngəzurdakı investisiya portfelləri Ankaranın Azərbaycana verdiyi təhlükəsizlik töhfələri üçün əlavə stimullar kimi qiymətləndirilməlidir.

Ərdoğanın səfərini son günlər İrandan Azərbaycana qarşı ucalan hədələr fonunda da şərh etmək yerinə düşər, düşünmək üçün kifayət qədər əsaslar var ki, Azərbaycan və Türkiyə liderləri bağlı qapılar arxasında Tehranın qızışdırıcı ritorikasını da müzakirə predmetinə çeviriblər.

Əliyevin Ərdoğanla mətbuata birgə bəyanat zamanı soyuqqanlı tərzdə dediyi bu cümlə həmin istiqamət üzrə danışığın kodunu açan formul hesab olunmalıdır.

SİTAT: “Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”.

Bu bəyanat təkcə İrana qarşı deyil, həm də Rusiya-Ukrayna müharibəsinin coşdurduğu qlobal emosiyaları Cənubi Qafqaza da daşımaq istəyənlərə mesajdır və əks qütblərdə olan güclər hərəsi öz payını götürməlidir.

Təhdidlərin üfüqlərdə bərq vurduğu zamanlarda Zəngəzur dəhlizinin açılması qarşısındakı maneələrin də aradan qaldırılması Bakı-Ankara gündəliyində prioritet təşkil edən mövzudur.

Gələcək üçün Türkiyə tərəfindən də işarələr verilir ki, Zəngəzur dəhlizi nəyin bahasına olursa-olsun açılacaq və buna qarşı çıxan Ermənistan, dəhlizin iqtisadi deyil, strateji əsaslarından narahat olan İran ortaya çıxacaq nəticələrə görə məsuliyyəti özləri daşıyacaqlar.

Ərdoğan hələlik bunu yumşaq tonda dilə gətirib, o deyib: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur”.

Dəhlizin açılmasını stimullaşdıracaq digər bir əlavə də hazırlanmaqdadır, Əliyevlə Ərdoğan Qumlaq dəmir yolu stansiyasının təməlini qoyarkən onlara bir layihə haqqında verilən məlumat həmin arqumenti gücləndirir.

Belə ki, Ələt-Ağbənd-Naxçıvan-Qars dəmir yolu layihəsi masadadır ki, bu da Zəngəzur dəhlizinin tərkib hissəsi kimi şöhrət qazanan marşrut olmaq gücünə sahiblənə bilər.

Regiondakı dəmir yolu layihələrində, limanlarda Çin investisiyalarının çoxluğu isə regional panorama üçün Pekinin Cənubi Qafqaz üzrə maraqlarını artıracaq və şübhə etməmək lazımdır ki, Pekin həmin dəmir yolu layihəsini də özünün artan iqtisadi ekspansiya siyasətinin çərçivəsinə daxil edəcək.

PROQNOZLAR:

Azərbaycanla Türkiyə strateji müttəfiqlik əlaqələrini hərbi birlik modelini rəsmiləşdirmək səviyyəsinə qaldıracaq.

Ermənistanın Zəngəzur dəhlizinə qarşı dirənişi onun növbəti itkilərə məruz qalması ilə nəticələnəcək, mümkündür ki, Əliyevlə Ərdoğan danışıqlarında həmin nəticəni ərsəyə gətirəcək hərbi güc tətbiqi barədə dəqiqləşdirmələr aparıblar.

Rusiya bu nəticələrə əsaslı qarşı çıxan addımlar atmayacaq, çünki regiondakı Türkiyə mərkəzli layihələr Moskva üçün problem yaratmayacaq.

İran isə Türkiyənin dəstəyi ilə Azərbaycanın sərhəddəki hərbi manevrlərinin Ermənistan üçün yaradacağı itkilərlə razılaşmaq məcburiyyətində qalacaq.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
"Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq böyük şərəfdir" - İlham Əliyev
backend
İlham Əliyev və Ərdoğan Zəngilan aeroportunun açılışında
backend
Ərdoğanın səfər proqramı açıqlandı
backend
Zəngilan aeroportunun strateji əhəmiyyəti nədir? - AÇIQLAMA
backend
Ərdoğan Azərbaycana GƏLƏCƏK
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:272 748

XƏBƏR LENTİ

“Haber Global” İlham Əliyevin Türkiyəyə səfəri ilə bağlı süjet yayımlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4917 Nis
İsrail və Livan arasında atəşkəs razılaşması əldə olunub. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4817 Nis
Şahin Mustafayev: Azərbaycan etibarlı tranzit ölkə olduğunu sübut edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
05:2217 Nis
İlham Əliyev Ərdoğana başsağlığı verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
05:1617 Nis
İlham Əliyev Türkiyəyə səfərə gedib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:3316 Nis
Müslüm Cabbarzadə nazir müavini təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:2416 Nis
SOCAR prezidenti ABŞ rəsmiləri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:1916 Nis
Türkiyədə məktəb qətliamı: şagirdin atası həbs olundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:1116 Nis
Azərbaycan Ermənistandan ilk dəfə mal idxal edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:0016 Nis
Azərbaycanda aprelin 19–25 tarixlərində “İmmunlaşdırma həftəsi” keçiriləcək. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2716 Nis
Ekvadorda futbol matçında hakim güllələnib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5816 Nis
Maqsud İbrahimbəyov Mərkəzində “İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimatı keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2516 Nis
Arda Gülərdən rekord: “Real Madrid” ÇL tarixində ən sürətli qolunu vurdu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1816 Nis
“Mən, Lalə, bir də Şerlok Holms 2”nin təqdimatı keçirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0616 Nis
278 nömrəli məktəbin direktoru haqqında yayılan xəbərlər: sensasiya, yoxsa yalan? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1116 Nis
Slavyansk şəhərinə hava zərbəsi: dağıntılar və yaralı var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:1716 Nis
İran Prezidenti: “İran dialoq və konstruktiv əməkdaşlığın tərəfdarıdır” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:3515 Nis
Prezident Kitabxanasından Zərifə Əliyevaya həsr olunmuş virtual sərgi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:5315 Nis
“Qarabağ” cərimələndi – səbəb açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:4415 Nis
Azərbaycanlı dünya çempionuna yüksək etimad – Hacı Əliyevə mayor rütbəsi verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:3215 Nis
Azərbaycan Milli Xalça Muzeyində “Yaddaşa həkk olunan təsvir” sərgisi açılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4715 Nis
Mirzoyan Brüsseldə Aİ komissarı ilə görüşdü – təhlükəsizlik əməkdaşlığı müzakirə olundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3315 Nis
Yeddioymaq kənd məktəbi uğurlu nəticələri ilə seçilənlər sırasındadır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5415 Nis
Azərbaycanda səhiyyə sahəsində yeni islahat mərhələsi: TƏBİB-in rolu genişləndirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:5215 Nis
Bakıda AQEM çərçivəsində qadınların gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:3415 Nis
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iştirakçıları müəyyənləşib. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:1815 Nis
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:3114 Nis
Lənkəran Dövlət Universitetində Yeni İnkişaf Dövrü: Rektor Natiq İbrahimovun Uğurlu Rəhbərliyi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4214 Nis
Monomed Clinic – Sağlamlığınızın Etibarlı Ünvanı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5914 Nis
Azərbaycan Prezidentinin Esvatini və Kolumbiya səfirləri ilə görüşlərində əməkdaşlıq perspektivləri müzakirə olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4214 Nis
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycandakı yeni səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3514 Nis
Prezident İlham Əliyev Somalinin Azərbaycandakı yeni səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2014 Nis
ABŞ maliyyə naziri: “Dolların zəifləməsi ilə bağlı narahat deyiləm” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1214 Nis
Bahar Muradova: “Qadın sahibkarlığı iqtisadi inkişafın strateji prioritetidir” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0014 Nis
Tramp: “İran ABŞ ilə razılaşma əldə etmək üçün əlaqə saxlayıb” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1714 Nis
Hikmət Hacıyev AQEM baş katibi ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0814 Nis
Gəncədə iki uşaq bağçasına yeni müdirlər təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5614 Nis
Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans keçirəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4814 Nis
Paşinyan: “Region yeni iqtisadi mərhələyə qədəm qoyur – TRIPP layihəsi əsas rol oynayacaq” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3814 Nis
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində yeni kadr təyinatı həyata keçirilib. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5813 Nis
TƏBİB-də yeni kadr təyinatı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5413 Nis
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi qanunsuz ağac kəsilməsi iddialarına cavab verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:3813 Nis
Ağdamda baş verən faciə iki nəfərin ölümü ilə nəticələndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4513 Nis
Polkovnik-leytenant Cavid Cabbarov 42 yaşında vəfat etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0313 Nis
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə