
ABŞ Prezidenti Donald Tramp İranın ABŞ ilə əlaqə quraraq razılaşma əldə etməyə çalışdığını bildirib.
Qanuntv.az xəbər verir ki, Tramp jurnalistlərlə söhbəti zamanı bu barədə açıqlama verib.
“İran bizimlə əlaqə saxladı. Onlar çox istəyirlər ki, razılaşma əldə olunsun”, – deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, aprelin 13-ü səhər saatlarında İrandan “vicdanlı insanlar” ona zəng ediblər.
Açıqlama ABŞ–İran münasibətlərində gərginliyin davam etdiyi bir dövrdə səsləndirilib.





