
İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Qanuntv.az xəbər verir ki, məktubda Kahramanmaraşda məktəbə silahlı hücum nəticəsində çox sayda insanın, əsasən uşaqların həyatını itirməsinin dərin kədər hissi ilə qarşılandığı bildirilib.
Dövlət başçısı qeyd edib ki, bu dəhşətli hadisə qətiyyətlə pislənilir və uşaqlara qarşı törədilən bu qəddarlıq qəbulolunmazdır.
Prezident İlham Əliyev Türkiyə rəhbərliyinə, həlak olanların ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyib.





