
ABŞ İrana qarşı mümkün hərbi əməliyyatlar fonunda dolların zəifləməsi ehtimalından narahat deyil.
Qanuntv.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent “Semafor”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, müharibə dövründə adətən dolların möhkəmlənməsi müşahidə olunur və bu səbəbdən ABŞ tərəfi valyuta ilə bağlı risklərdən narahat deyil.
“Gördüyünüz kimi, müharibə dövründə dollar möhkəmlənir. Ona görə də bundan narahat deyiləm”, – deyə nazir qeyd edib.
Skott Bessent həmçinin ABŞ Federal Ehtiyat Sisteminin münaqişə fonunda əsas faiz dərəcələrini dəyişməmək üçün gözləmə mövqeyi tutduğunu bildirib.
O əlavə edib ki, İranla mümkün münaqişə ABŞ iqtisadiyyatına uzunmüddətli sabitlik də gətirə bilər.
“Düşünürəm ki, gələcəkdə deyəcəyik ki, qısa müddətli münaqişə uzunmüddətli sabitlik yaradıb”, – deyə o bildirib.
Bununla yanaşı, nazir ABŞ iqtisadiyyatında 4 faizlik artımın əldə olunmasının çətin olacağını da etiraf edib.





