
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay ilə görüş keçirib.
Qanuntv.az xəbər verir ki, bu barədə K. Sarıbay “X” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, görüşdə AQEM çərçivəsində Azərbaycanın roluna və təşkilatın inkişafına verdiyi töhfəyə yüksək qiymət verilib.
“Azərbaycanın AQEM-də güclü liderliyini, o cümlədən təşkilatın transformasiyasındakı mühüm irəliləyişi yüksək qiymətləndirirəm. Qarşıdakı AQEM sammitinə və AQEM Media Forumuna hazırlıqları müzakirə etdik”, – deyə paylaşımda qeyd olunub.





