
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyus ilə görüş keçirib.
Qanuntv.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Ermənistan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın genişlənməsi məsələsi xüsusi vurğulanıb. Tərəflər son dövrlərdə fəal inkişaf edən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Qeyd olunub ki, Ermənistan və Aİ arasında formalaşdırılan strateji tərəfdaşlıq proqramı qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açır və əlaqələrin daha da dərinləşdirilməsinə şərait yaradır.
Məlumata görə, görüşdə regional məsələlər də diqqət mərkəzində olub. Ararat Mirzoyan Aİ rəsmisinə Ermənistan ilə Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi və institusionallaşdırılması istiqamətində həyata keçirilən işlər barədə məlumat verib.





