
Qanuntv.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trump “Truth Social” platformasında paylaşım edib.
Onun sözlərinə görə, Livan Prezidenti Joseph Aoun və İsrailin Baş naziri Benjamin Netanyahu ilə telefon danışığı aparılıb. Danışıqlar nəticəsində tərəflər ABŞ-nin şərq sahili vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə 01:00) rəsmi olaraq 10 günlük atəşkəsin başlanmasına razılıq veriblər.
Donald Tramp həmçinin bildirib ki, hər iki lideri Vaşinqtona dəvət etməyi planlaşdırır. Məqsəd 1983-cü ildən sonra İsrail və Livan arasında keçiriləcək ilk mühüm sülh danışıqlarına start verməkdir.
Livan Prezidentinin dəftərxanasından verilən məlumata görə, Cozef Aun telefon danışığı zamanı atəşkəsin əldə olunması istiqamətində göstərilən səylərə görə ABŞ prezidentinə təşəkkür edib. Tramp isə öz növbəsində atəşkəs rejiminin yaxın vaxtlarda qüvvəyə minəcəyini və ABŞ-nin Livana dəstəyinin davam edəcəyini vurğulayıb.
Cozef Aun qeyd edib ki, bu atəşkəs gələcək sülh prosesi üçün mühüm başlanğıc hesab olunur.





