
İran yalnız dialoq və digər ölkələrlə konstruktiv münasibətlərin qurulmasının tərəfdarıdır.
Qanuntv.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “Telegram” kanalında paylaşımında bildirib.
“İran müharibə və qeyri-sabitlik istəmir. Biz yalnız dialoq və müxtəlif ölkələrlə konstruktiv əməkdaşlığın tərəfdarıyıq. Lakin İslam Respublikasına öz iradəsini qəbul etdirmək və ya onu kapitulyasiyaya məcbur etmək cəhdləri nəticəsiz qalacaq. İran xalqı belə yanaşmanı qəbul etməyəcək”, – deyə dövlət başçısı qeyd edib.
Xatırladaq ki, son dövrlərdə İran, İsrail və ABŞ arasında artan gərginlik fonunda bölgədə hərbi və siyasi vəziyyət daha da kəskinləşib. Tərəflər arasında raket hücumları və qarşılıqlı əməliyyatlar qeydə alınıb.
Hadisələr fonunda bir sıra ölkələrdə təhlükəsizlik tədbirləri gücləndirilib, hava məkanlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Diplomatik kanallarla gərginliyin azaldılması istiqamətində müxtəlif təşəbbüslər irəli sürülür.
Aprelin 8-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun müvəqqəti atəşkəslə razılaşdığını açıqlayıb.





