
Müslüm Cabbarzadə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinə müavin təyin olunub.
Qanuntv.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yeni təyinatla Müslüm Cabbarzadə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində fəaliyyətə başlayıb.
Qeyd edək ki, o, bundan əvvəl Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışıb, eyni zamanda bir müddət qurum rəhbərinin vəzifələrini icra edib.





