
ABŞ Prezidenti Donald Trump Qrenlandiya ilə bağlı açıqlamaları ilə yenidən gündəmə gəlib.
Ağ Ev rəhbəri sosial şəbəkə hesabında paylaşım edərək Qrenlandiya ilə bağlı vəziyyətə diqqət çəkib və “Salam, Qrenlandiya!” ifadəsini yazıb.
Paylaşımın məzmunu və tonu beynəlxalq mediada müxtəlif müzakirələrə səbəb olub. Trampın Qrenlandiya ilə bağlı əvvəlki dövrlərdə səsləndirdiyi iddialar da yenidən xatırladılıb.





