
Vladimir Putin Rusiya vətəndaşlarının xarici dövlətlərin məhkəmələri tərəfindən həbs edilməsi, cinayət təqibinə məruz qalması və digər təzyiq hallarında onların müdafiəsi məqsədilə Rusiya ordusundan istifadə edilməsinə icazə verən qanunu imzalayıb.
Qanuntv.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Yeni qanuna əsasən, Rusiya Prezidenti ölkənin iştirakı olmadan fəaliyyət göstərən xarici və beynəlxalq məhkəmələrin qərarları və təqiblərinə qarşı rusiyalıların müdafiəsi üçün Rusiya Silahlı Qüvvələrinin bölmələrini göndərə biləcək.
Sənəddə həmçinin qeyd olunub ki, prezidentin qərarı əsasında dövlət orqanları da xarici məhkəmələr tərəfindən Rusiya vətəndaşlarına qarşı həyata keçirilən həbs, cinayət təqibi və digər təzyiq hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlər görəcək.





