
“Qarabağ” futbol klubunun iki legioner futbolçusu komandanın düşərgəsindən ayrılıb.
Qanuntv.az xəbər verir ki, Marko Yankoviç Monteneqro millisindən, Mateuş Koxalski isə Polşa yığmasından dəvət alıb.
Bu səbəbdən hər iki futbolçu milli komandaların toplanışına qatılmaq üçün ölkələrinə yollanıb.
Qeyd edək ki, legionerlər qarşıdakı beynəlxalq oyunlarda öz yığmalarının heyətində çıxış edəcəklər.





