
Azərbaycanın “Qarabağ” klubunun sabiq futbolçusu Caba Dvali 41 yaşında vəfat edib.
QanunTV.az xəbər verir ki, keçmiş hücumçunun vəfatı ilə bağlı məlumat futbol ictimaiyyətində dərin kədər hissi ilə qarşılanıb.
1985-ci il təvəllüdlü Caba Dvali peşəkar karyerası ərzində Gürcüstan, Moldova və Azərbaycanda çıxış edib. O, 2014-cü ildə “Qarabağ” klubunun formasını geyinib və həmin mövsümdə Azərbaycan çempionu olub.
Təcrübəli forvard Gürcüstan çempionatında göstərdiyi məhsuldar oyunu ilə tanınıb, bir neçə dəfə ölkə çempionatının bombardirləri sırasında yer alıb və Gürcüstan milli komandasının da şərəfini qoruyub.
Karyerası ərzində çoxsaylı qollara imza atan Dvali Gürcüstan futbolunun tanınmış simalarından biri hesab olunurdu.
Futbolçu karyerasını başa vurduqdan sonra müxtəlif klublarda idarəçilik sahəsində fəaliyyət göstərib.
Hazırda onun ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
QanunTV.az kollektivi mərhumun ailəsinə, yaxınlarına və futbol ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.





