
Azərbaycan Prezidenti İlham Əliyev minifutbol üzrə Azərbaycan milli komandasını Avropa çempionu olması münasibətilə təbrik edib.
Dövlət başçısı bununla bağlı paylaşımında bildirib ki, 2022-ci ildə Avropa çempionu, 2025-ci ildə isə dünya çempionu olan Azərbaycan minifutbol millisi ölkənin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu adına layiq görülüb.
Prezident vurğulayıb ki, bu uğurun komanda idman növündə əldə edilməsi xüsusi əhəmiyyət daşıyır və ikiqat sevindiricidir.
"Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram", – deyə Prezident İlham Əliyev qeyd edib.
Dövlət başçısı təbrikini "Yaşasın Azərbaycan!" sözləri ilə tamamlayıb.





