
Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən stadionda ölüm hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, futbol matçının başa çatmasına təxminən 15 dəqiqə qalmış meydana çıxan Bakı sakini, 27 yaşlı Xəyal İbadov qəfil həyatını itirib.
Stadionun inzibatçısı Abdulla Şahverdiyev bildirib ki, həmin şəxslər abunəlik sistemi ilə həftədə bir dəfə stadionda futbol oynayırlar.
Onun sözlərinə görə, Xəyal İbadov da futbol oynayan şəxslərlə birlikdə stadiona gəlib. Qarşılaşmanın başa çatmasına az qalmış meydana çıxan 27 yaşlı gənc burada həyatını itirib.
Hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəyal İbadovun ölümünün dəqiq səbəbi müvafiq araşdırmaların nəticəsindən sonra müəyyənləşəcək.
Hadisənin digər təfərrüatları ilə bağlı “Xəzər Xəbər”in videomaterialında məlumat verilib.





