Rusiya Federasiyasının xalq artisti, Dövlət Mükafatları laureatı, bəstəkar Eduard Artemyev 85 yaşında vəfat edib.
Bu barədə onun oğlu məlumat verib. Bəstəkarın koronavirusdan vəfat etdiyi bildirilir.Qeyd edək ki, onlarla məşhur sovet filmlərinin musiqisini bəstələyən Eduard Artemyev daha çox Andrey Tarkovskinin "Stalker" filminə yazdığı musiqi ilə yadda qalıb. O, bu bəstədə Azərbaycanın “Bayatı-şiraz” muğamından istifadə edib.
Məşhur bəstəkar dünya kinosunda Andrey Tarkovski ilə yanaşı, Andron Konçalovski və Nikita Mixalkovun filmlərinə də musiqi bəstələyib.