• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Dünya azərbaycanlılarından antiterror tədbirləri ilə bağlı BƏYANAT [xfvalue_red]

19 Eyl, 23 - 19:21

Dünya azərbaycanlılarından antiterror tədbirləri ilə bağlı BƏYANAT

Dünya azərbaycanlıları Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda başlatdığı lokal xarakterli antiterror tədbirləri ilə bağlı bəyanat yayıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Bəyanatda deyilir:

“Biz – xarici ölkələrdə yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları böyük kədər hissi ilə bəyan edirik ki, sentyabrın 19-da Azərbaycanın daha 6 vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub. Dörd polis və iki mülki şəxs 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş Azərbaycan ərazilərində xidməti vəzifələrini yerinə yetirərkən yeni çəkilmiş yolda Ermənistan istehsalı olan minalara düşərək həyatlarını itiriblər.

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi bitən gündən bəri – 10 noyabr 2020-ci ildən bu günədək 320 Azərbaycan vətəndaşı 2020-2023-cü illərdə Ermənistanda istehsal olunmuş minalardan zərər çəkib. Onlardan 67 nəfəri həlak olub, 314 nəfəri yaralanıb. Rəsmi İrəvan mina xəritələrini Bakıya təqdim etməkdən imtina edib və Azərbaycan ərazilərini yeni minalarla çirkləndirməkdə davam edib. Bu isə 30 illik işğal dövründə Ermənistanın darmadağın etdiyi Azərbaycan ərazilərində tikinti-bərpa işlərinə mane olmaqla yanaşı, orada çalışan insanların həyatına ciddi təhlükə törədir. Eyni zamanda 30 il öz doğma yurduna həsrət qalan 750 mindən çox azərbaycanlı məcburi köçkün müharibənin 3 ildir başa çatmasına baxmayaraq, Ermənistanın mina xəritələrini təqdim etməməsi səbəbindən hələ də öz evlərinə qayıda bilmir.

Ermənistanın nizamlama prosesini müxtəlif bəhanələrlə ləngitməsi, Azərbaycanın irəli sürdüyü sülh təkliflərini qəbul etdiyini elan etməsinə baxmayaraq, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, sülh gündəliyinə qarşılıq verməməsi sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirir.

Bundan başqa, Ermənistan 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, öz hərbi birləşmələrini Azərbaycan ərazilərində saxlamaqda və qanunsuz separatçı rejimi maliyyələşdirməkdə davam edir. Bu isə regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bu səbəbdən sentyabrın 19-da Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində lokal xarakterli antiterror tədbirlərinə başlayıb.

İkinci Qarabağ müharibəsində olduğu kimi, indi də görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur. Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq, heç bir halda mülki əhalini hədəf almır.

Bölgədə sülh və sabitliyin bərqərar olmasının yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, Azərbaycanın ərazi bütövlüyünə hörmət olunması və separatçı rejimin buraxılmasıdır.

Biz dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət edərək, regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinə qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən dərhal və tamamilə çıxarması, mina xəritələrini Azərbaycana təqdim etməsi və ən qısa zamanda Azərbaycanla sülh müqaviləsi imzalaması üçün təsir göstərməyə çağırırıq.

Biz, dünya azərbaycanlıları doğma vətənimiz Azərbaycana hər cür dəstək göstərməyə hazır olduğumuzu bəyan edirik”.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Antiterror tədbirləri dünya mediasının diqqət mərkəzində
backend
Prezident lokal antiterror tədbirlərindən danışdı
backend
Lokal xarakterli antiterror tədbirləri uğurla davam edir - VİDEO
backend
Diaspor təşkilatları və Koordinasiya Şuraları bəyanat yayıblar
backend
Ukrayna azərbaycanlılarından Ermənistanla bağlı müraciət
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 086

XƏBƏR LENTİ

Qarayara xəstəliyi necə yayılır? – VACİB AÇIQLAMA [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0613 Ağu
Kür çayında batan 21 yaşlı oğlanın meyiti tapılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2313 Ağu
Bakıda mağazada başlayan yanğın mənzillərə keçib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1513 Ağu
Bakı-Quba yolundakı qəzada AAYDA əməkdaşı həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0313 Ağu
Naxçıvanda Əcəmi Naxçıvaninin abidəsinin açılışı olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5013 Ağu
Səbinə Salmanova: Naxçıvan üçün yeni era başlayır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4613 Ağu
Bəhruz Məhərrəmov: Naxçıvan yeni geoiqtisadi qovşağa çevrilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2613 Ağu
Heydər Əliyev prospektində qəza: Yolun kənarında dayanan avtomobilə çırpıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1113 Ağu
Salyan təhsil mühitində qayğı və məsuliyyət nümunəsi – Xalidə Sadıqova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0612 Ağu
Yaşıl sərvətlərin keşiyində dayanan rəhbər – Mustafa Əhmədov [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0212 Ağu
Ağdamdan yüksələn elm və şəfa yolu — Professor Yaşar İbadovun portreti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2812 Ağu
Naxçıvan Dövlət Universitetində 1000 yerlik yataqxana kompleksi tikiləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0012 Ağu
Naxçıvanın inkişafına 258 milyon manat ayrılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5312 Ağu
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3912 Ağu
Naxçıvanda elektrik avtobusları istifadəyə veriləcək – dəmir yolu infrastrukturunda genişmiqyaslı işlər aparılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2312 Ağu
Naxçıvan Sənaye Parkının təməli qoyulub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0412 Ağu
İlham Əliyev Naxçıvanda inşa olunan günəş elektrik stansiyalarında görülən işlərlə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5812 Ağu
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin Naxçıvandakı abidəsini ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5312 Ağu
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvana səfər ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4312 Ağu
“Sabah” – “Orhus” matçının start heyətləri açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4012 Ağu
Ötən il itkin düşən qadının qətlə yetirildiyi müəyyənləşib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2912 Ağu
Livan parlamenti ölüm hökmünü ləğv edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5911 Ağu
Muğanlı-İsmayıllı yolunda yük maşını aşıb – xəsarət alan yoxdur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5611 Ağu
DİN-dən onlayn alış-verişlə bağlı xəbərdarlıq: Kart məlumatlarınızı paylaşmayın [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:3111 Ağu
Zaqatalada icra başçısının sürücüsü qəza nəticəsində ölüb – cinayət işi başlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:2211 Ağu
“Sabah” bu gün Çempionlar Liqasında taleyüklü oyuna çıxacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:0711 Ağu
Tramp administrasiyası 175 mindən çox vizanı ləğv edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4411 Ağu
Azərbaycan Tibb Universitetində təhsil haqları azaldılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3611 Ağu
DTX-dan xəbərdarlıq: Azərbaycan nömrələri ilə saxta “WhatsApp” hesabları yaradılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1311 Ağu
İranda qalmaqallı açıqlamalar: Rəisinin ölümü ilə bağlı diqqətçəkən iddia [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4611 Ağu
Lerik və Lənkəran ərazisində zəlzələ qeydə alındı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3111 Ağu
Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4610 Ağu
Balakəndə dəhşətli qəza: 3 nəfər öldü, 2 nəfər ağır yaralandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4410 Ağu
İlham Əliyevə zəng gəldi – Azərbaycan-Litva əlaqələri müzakirə edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4010 Ağu
İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3610 Ağu
Samuxda Kürdə batan 17 yaşlı qızın meyiti tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2610 Ağu
Şamaxı-İsmayıllı yolunda ağır qəza: VAZ-2115 yük maşınına çırpıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2410 Ağu
Müdafiə Nazirliyi həftəlik icmal hazırladı – VİDEO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1810 Ağu
Rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilib – 827 namizəd müsabiqəyə buraxılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0910 Ağu
15 yaşlı azərbaycanlı yeniyetmə Tbilisidə göldə boğularaq öldü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5510 Ağu
Bakının Xətai rayonunda güclü yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4010 Ağu
Əfil Dadaşov – yerli özünüidarəetmədə məsuliyyət, təşəbbüskarlıq və ictimai xidmət nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:269 Ağu
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:069 Ağu
İlham Əliyev Sinqapur Prezidentini təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:549 Ağu
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə