• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

İslahatlar QHT-lərə də çatdı - “Dəyişikliklər olacaq” [xfvalue_red]

2 Ekm, 23 - 12:41

İslahatlar QHT-lərə də çatdı - “Dəyişikliklər olacaq”

Son vaxtlar qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı islahatların getdikcə dərinləşdirilməsi müşahidə edilir. Artıq sistem xarakterli xeyli dəyişikliklər var.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, qarşıda gözlənilən yeniliklərlə əlaqədar sualları Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva cavablandırır:

- Ötən həftə - sentyabrın 28-də təmsil etdiyiniz Agentliyin Müşahidə Şurasının iclası keçirilib. Bu iclasda bir sıra qərarlar verilib. İslahatlar nöqteyi-nəzərindən “inqilabi” hesab olunan yeniliklər varmı?

- Əvvəla, onu deyim ki, QHT sektorunda dərinləşdirilən islahatların məntiqi nəticəsi olaraq, budəfəki müsabiqə qaydaları və qrant mövzularının təsnifatlaşdırılması forması tam yeni olacaq, Azərbaycanda milli donor institutunun mövcud olduğu son 15 ildə keçirilmiş heç bir müsabiqələrlə bənzərlik təşkil etməyəcək. İlk dəfədir ki, Agentliyin müsabiqələri Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında elan olunacaq. Bu qaydalar təxminən 2 həftə əvvəl artıq təsdiqlənib. Ən böyük yeniliklərdən biri odur ki, bütün müsabiqələr – kiçik, orta və böyük qrant müsabiqələri eyni anda elan olunacaq. İndiyədək qrant müsabiqələri ilin müxtəlif dövrlərində elan olunub, bu isə layihələrin icrasında xeyli çətinliklər, haqlı narazılıqlar yaradırdı. Agentlik ilk dəfə növbəti ilin müsabiqə elanlarını ondan əvvəlki ildə verəcək. Yeni qaydaya görə, müsabiqənin keçirilməsi haqqında elan müsabiqənin başlanılmasına azı 30 gün qalmış verilir. Agentliyin Müşahidə Şurasının ötən həftə keçirilmiş iclasında qərara alındı ki, kiçik, orta və böyük qrant müsabiqələri artıq 2023-cü ilin oktyabr ayının ortalarında elan edilsin. Bu isə o deməkdir ki, noyabrın ortalarında sənədlərin qəbuluna başlanılır, sənəd qəbulu 1 ay davam edəcək. Yəni elanın verilməsindən sonra 1 ay vaxt qalacaq ki, QHT-lər layihə təkliflərini rahat, ətraflı, yüksək keyfiyyətlə işləsinlər, daha sonra 1 ay da əlavə vaxt olacaq ki, layihələr Agentliyə elektron sistem vasitəsilə təqdim edilsin. Bu, layihələrin hazırlanması üçün ümumilikdə 2 ay vaxt deməkdir. İndiyədək QHT-lərə layihə yazmağa hazırlaşmaq və sənədlərini təqdim etmək üçün heç vaxt bu qədər vaxt verilməyib. Agentlik bu unikal fürsəti yaradıb ki, QHT-lərin keyfiyyət üzərində köklənməyə, plan üzrə işlərini səmərəli qurmağa tam şəraitləri olsun. Hər 3 qrant müsabiqəsinin eyni vaxtda elan edilməsi isə o deməkdir ki, QHT-lər müsabiqələrlə bağlı bütün mənzərəni, mövzuları aydın şəkildə görmək imkanı qazansın, seçim imkanları artsın. Əvvəlki dövrdə növbəti müsabiqənin hansı mövzuda olacağı qaranlıq qalırdı, beləliklə, QHT işlərini optimal planlaşdırmaqda, mövzuları seçməkdə çətinlik çəkirdi. Artıq bu problem geridə qalır. Bu vaxta qədər QHT-lər Agentlikdən əsasən 5-20 min manat arası qrantlar alıblar. Bu il qrant məbləğlərinin yuxarı həddi kiçik, orta və böyük qrantlarda müvafiq olaraq, 15, 30 və 50 min manat olacaq. Bu dəstək vətəndaş cəmiyyətinə təşəbbüslərini daha yaxşı reallaşdırmağa, fəaliyyətində əsaslı dəyişikliklər yaratmağa imkan verəcək.
İslahatlar QHT-lərə də çatdı - “Dəyişikliklər olacaq”

- Sirr deyilsə, 2024-cü ilin qrant mövzularını açıqlaya bilərsinizmi?

- İlk dəfə olaraq QHT-lərə şərait yaradılır ki, onlar milli, ictimai, beynəlxalq əhəmiyyətli istənilən təşəbbüsü layihəyə çevirib müsabiqəyə təqdim etsinlər. Bu sərbəstlik Azərbaycanın vətəndaş cəmiyyətinin daha da inkişafı üçün böyük impuls, təkan deməkdir. Artıq QHT-nin layihə təklifi qismində özünün vacib hesab etdiyi mövzuya müraciət etməsi, innovativ təşəbbüslərlə çıxış etməsi üçün hər hansı çərçivə qalmır. Bu imkanın yaradılması QHT fəlsəfəsinin ruhuna tam uyğundur, inanırıq ki, bu sürpriz QHT-lər tərəfindən çox müsbət qarşılanacaq. Müsabiqə mövzuları ümumilikdə 5 istiqaməti əhatə edəcək:

1. Ətraf mühitin qorunması, sağlam və təhlükəsiz həyat, həssas qruplarla iş, sosial-iqtisadi inkişaf - burada ekoloji məsələlərin həllinə kömək, sağlam və təhlükəsiz həyat tərzinin (narkomaniya, tütünçəkmə, yoluxucu xəstəliklər ilə mübarizə, yaşıl nəqliyyatın, “yaşıl düşüncə”nin inkişafı və s.) təşviqinə, həssas əhali qrupları (müharibə veteranları, şəhid ailələri, uşaqlar, qadınlar, ahıllar, əlillər, aztəminatlı ailələr və s.) ilə işə, məişət zorakılığının, məşğulluq probleminin (xüsusilə qadınların məşğulluğunun) və digər sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş təşəbbüslərə üstünlük veriləcək;

2. Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, Cənubi Qafqazda sülh və etimad quruculuğu – burada Qarabağ və Şərqi Zəngəzurun potensialından səmərəli istifadəyə, Böyük Qayıdış nəticəsində doğma yurdlarına dönmüş sakinlərlə iş, Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin sürətləndirilməsinə, dinc birgəyaşayışın təşviqinə, beynəlxalq təşkilatlar üçün alternativ hesabatların hazırlanmasına dair təkliflərə üstünlük verilir;

3. İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə - burada azərbaycanlı itkin, əsir və girovların taleyi ilə əlaqədar təşəbbüslərə, onların ailələri ilə işə, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsinə dair təkliflərə, işğaldan azad edilmiş ərazilərin mina və PHS-dan təmizlənməsinə dəstək təkliflərinə, bu barədə əhalinin maarifləndirilməsi tədbirlərinə, mina qurbanları, onların ailələri ilə işə, BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri kimi “minasız dünya”nın müəyyənləşdirilməsi istiqamətində təşəbbüslərə üstünlük veriləcək;

4. Qərbi Azərbaycana qayıdış prosesi – burada Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə dair təşəbbüslərə, xarici QHT-ləri tərəfdaşlığa cəlb etməklə, xarici ölkələrdə beynəlxalq tədbirlərin təşkili təkliflərinə, beynəlxalq qurumlar üçün hesabatların hazırlanması təşəbbüslərinə üstünlük veriləcək;

5. Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər - burada yuxarıdakı 4 kateqoriya üzrə mövzulardan kənarda qalan, milli, ictimai, beynəlxalq əhəmiyyətli digər bütün təşəbbüslər əhatə edilir. Təhsil, mədəniyyət, vicdan azadlığı, ana dilinin saflığının qorunması, bədən tərbiyəsi sahəsində inkişafa, korrupsiyaya qarşı mübarizəyə, ictimai nəzarətin və iştirakçılığın təşviqinə dair təşəbbüslərə üstünlük veriləcək.

Sonuncu kateqoriya yuxarıda qeyd etdiyim məqamdır. 2024-cü il ərzində ölkəmiz üçün aktual olacaq mövzulardan da göründüyü kimi, ilk dəfədir ki, layihələrin beynəlxalq əməkdaşlıq istiqaməti bu qədər geniş diapazonda götürülüb.

- Hər hansı QHT 5 istiqamətin yalnız 1-i üzrə müsabiqədə iştirak edə bilər?

- Xeyr. QHT-lər hər 5 istiqamət üzrə sərbəst şəkildə istənilən müsabiqə növünə - kiçik, orta və böyük qrant müsabiqələrinə layihələr təqdim edə bilər. Ancaq hər 3 müsabiqə növü üzrə də layihə təklifi uğurlu olarsa, Agentlik onlardan yalnız 1-ni maliyyələşdirə biləcək. Bu məsələ Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalarla tənzimlənir. Doğrudur, mövzu və müsabiqələrə müraciət etmək üçün seçim tam geniş olsa da, tövsiyə edirik ki, QHT fikrini qətiləşdirsin, yaxşı olardı ki, ən çox qalib gəlmək şansı olduğu mövzuya və müsabiqə növünə müraciət etsin. Başqa sözlə, həm kiçik, həm orta, həm də böyük qrant müsabiqəsinə müxtəlif layihələr təqdim etməsinə məhdudiyyət olmasa da, bu layihələrdən yalnız 1-nin maliyyələşdirilməsi perspektivini nəzərə alıb, 1-i üzərində işini qursa, daha keyfiyyətli və şanslı layihə ortaya çıxa bilər. O da diqqətdən qaçırılmamalıdır ki, bu dəfə yaradılan yeni imkanlar nəticəsində müraciətlərin sayında xeyli artım gözlənilir, rəqabət şəraiti də yüksək olacaq.

- Agentliyin layihələrdən əsas gözləntiləri nədir?

- Meyarlar qaydalarda aydın şəkildə göstərilib. Bizim əsas gözləntimiz ölçüləbilən nəticələr, layihələrin davamlılığı, ictimai faydalılığı, əhəmiyyətidir. Oktyabrın ortalarından başlayaraq, müsabiqələrdə iştirak etmək arzusunda olan bütün QHT-lərlə hissə-hissə görüşlər keçiriləcək. Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin nümayəndələrinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbər şəxslərinin iştirakı ilə reallaşdırılacaq bu informasiya sessiyalarında yeni qayda və meyarlardan irəli gələn bütün məsələlər aydınlaşdırılacaq, suallar cavablandırılacaq. Bütün QHT-ləri bu informasiya sessiyalarında iştiraka dəvət edirik. Görüşlərin vaxtı və yeri barədə Agentliyin saytında və sosial media səhifələrində əvvəlcədən məlumat yerləşdiriləcək. Artıq müsabiqələrdə iştirak etmək arzusunda olan QHT-lər müsabiqə mövzuları ilə əlaqədar daxildə ilkin hazırlıq işlərinə (mövzu, müsabiqə seçimi, “brainstorming” və s.) başlaya bilərlər.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
QHT-lərə ayrılacaq qrant məbləğinin yuxarı həddi müəyyənləşdi
backend
Daşınmaz əmlak sahəsində tariflər tənzimləndi
backend
Tarif Şurası 50 dərman vasitəsinin qiymətini təsdiqlədi
backend
Şagirdlər davranışla bağlı pilot layihəyə cəlb edildilər
backend
Əli Əsədov iclas keçirdi
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 300

XƏBƏR LENTİ

Leyla Əliyeva və Saida Mirziyoyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyini ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5121 Ekm
Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:3921 Ekm
Zəngilan şəhərinin işğaldan azad edilməsindən altı il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2020 Ekm
Aşqabadda Leyla Əliyeva, Oğulcahan Atabayeva və Saida Mirziyoyeva arasında üçtərəfli görüş keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4520 Ekm
Nərgiz Əliyeva – səhiyyə sahəsində məsuliyyətli idarəçilik və insan sağlamlığına xidmət missiyası [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5720 Ekm
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0120 Ekm
Ramin Musayev – Giləzi bələdiyyəsində yerli idarəçilik və ictimai məsuliyyət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4520 Ekm
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar ödənişsiz avtobuslar təşkil olunacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3420 Ekm
Tibb elmləri doktoru, professor Yavər Şıxəliyev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2520 Ekm
Sosial şəbəkələrdə falçılıq adı altında dələduzluq edən şəxs saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2120 Ekm
Leyla Əliyeva Türkmənistana səfərə gedib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0720 Ekm
Prezident İlham Əliyev Azərbaycan energetiklərini təltif edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5620 Ekm
İsmayıllıda 3 maqnitudalı zəlzələ baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5619 Ekm
“Borussiya Dortmund” Bakıya yola düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5519 Ekm
Bakıda anasını geyiminə görə mübahisə zamanı qətlə yetirən Ayxana 7 il 6 ay həbs cəzası verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5219 Ekm
FHN ötən həftə 149 yanğına müdaxilə edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4719 Ekm
Anar Bayramov səhiyyə naziri təyin edildi – DOSYE [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1419 Ekm
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – Prezidentdən Fərman [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0919 Ekm
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki hərbçi həbs edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0319 Ekm
Trampdan Netanyahuya açıq dəstək: Yenidən seçilməsini istəyir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5219 Ekm
Rusiyada MMA döyüşçüsünə atəş açıldı: Vəziyyəti ağırdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4619 Ekm
Bakıda ağır qəza: Bir nəfər həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4219 Ekm
Xırdalanda yaşayış kompleksinin ərazisində baş verən yanğın söndürülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2118 Ekm
Türkiyəli narkotik alverçisi Almaniyada xəstəxanadan skuterlə qaçırılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1718 Ekm
“Qarabağ” – “Neftçi” derbisindən sonra 19 nəfər saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0718 Ekm
18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0418 Ekm
Qurban Qurbanov: “Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5818 Ekm
Hikmət Hacıyev azərbaycanlılarla almanların ortaq tarixi yaddaşını əks etdirən filmi paylaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5618 Ekm
Bakıda gəmidə çalışan dənizçinin üzərindən narkotik aşkarlanıb – məhkəmə hökm çıxarıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5118 Ekm
Bərdə xəstəxanasında huşsuz pasiyenti döyən sanitar işdən çıxarılıb, araşdırma başlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4518 Ekm
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3818 Ekm
Ukrayna millisinin sabiq futbolçusu Roman Maksimyuk müharibədə həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2718 Ekm
Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5917 Ekm
“Qarabağ” – “Neftçi” qarşılaşması bu gün keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5317 Ekm
İstanbulda sel fəlakəti: Ölənlərin sayı 5-ə çatdı, itkin düşənlər var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5117 Ekm
Samuxda ağır qəza: Avtomobil iki hissəyə bölündü, sürücü reanimasiyaya yerləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4417 Ekm
Alyona Əliyevadan Anar Hüseynzadənin sərgisindən paylaşım [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4017 Ekm
Rusiya ordusu Donetsk vilayətində daha bir şəhəri nəzarətə götürdüyünü açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3617 Ekm
İmişlidə qoşqulu traktorla “QAZ-53” toqquşdu: Pambıq yola səpələndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1917 Ekm
İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0917 Ekm
İsxak Hersoqun Bakıya səfəri ilə bağlı Türkiyədə yayılan iddialara aydınlıq gətirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0317 Ekm
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5917 Ekm
Ürək köçürülən gənc nahardan sonra vəfat etdi: Bir il sonra toyu olacaqdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1516 Ekm
Qarabağ və Şərqi Zəngəzurun bərpasına 13,2 milyard manat ayrılması proqnozlaşdırılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0816 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə