"Sülhməramlılar Qarabağda heç nə etməyiblər".
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlayıb.
Onun sözlərinə görə, Ermənistan üçün danışıqların hansı platformada aparılmasının əhəmiyyəti yoxdur: "Önəmli olan odur ki, fəal platforma olsun. Rusiyanın reaksiyası daha çox vəziyyəti öz əlində saxlamağa çalışmaq versiyasına bənzəyir, vəziyyəti uzun müddət əvvəl buraxdığını dərk etmir. Siyasi platformalarda tez-tez təmasları və münasibətlərdəki gərginliyi azaltmaq üçün ikili standartların olmasının səbəbi də budur.
Rusiya regionda 9 noyabr sənədinin nə tərəfdaşı, nə də qarantı kimi öz funksiyalarını yerinə yetirməyib. Sülhməramlılar nə edirdilər, erməniləri "Artsaxdan" çıxarırdılar".