• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Bakıda iflasa uğrayan Fransa kəşfiyyatı: Parisdən Azərbaycana qarşı TƏXRİBAT [xfvalue_red]

26 Ara, 23 - 17:23

Bakıda iflasa uğrayan Fransa kəşfiyyatı: Parisdən Azərbaycana qarşı TƏXRİBAT


Bu gün Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib. Bu ölkənin Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.

Qeyd edək ki, diplomatların ölkədən çıxarılması barədə qərar Fransa kəşfiyyatının Azərbaycandakı fəaliyyətinin ifşa olunmasından sonra berilib. Belə ki, Qərb mətbuatının mənbələrdən əldə etdiyi informasiyaya əsasən, araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarıb, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib.

Bakıda iflasa uğrayan Fransa kəşfiyyatı: Parisdən Azərbaycana qarşı TƏXRİBAT


Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır.



Beləliklə, Fransa kəşfiyyatı artıq Azərbaycanda agenturasını işə salıb, rəsmi Bakı isə Parisin təxribat fəaliyyətinin qarşısını alıb.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədri Səməd Seyidov iki fransız deputatın arzuolunmaz şəxs elan edilməsinin çox düzgün qərar olduğunu bildirib:

"Fransa beynəlxalq təşkilatların, Avropa Şurası və Avropa Parlamentinin içərisində Azərbaycana qarşı hiyləgərcəsinə öz ideoloji mübarizəsini aparır. Sözügedən təşkilatlardakı nüfuzlarından Fransa sui-istifadə edir. Artıq Azərbaycanın daxilində də provakasiyalar aparırlar. Ona görə də dövlət təhlükəsizliyi orqanları və Xarici İşlər Nazirliyi tamamilə düz addım atıblar. Bu gün parlamentdə də bu məsələləri ciddi müzakirə etdik. Fransa elə addımlar atır ki, onların heç biri insanlıqla, ümumbəşəri dəyərlərlə qəti üst-üstə düşmür. Türkəfobiya, Azərbaycanafobiya, islamafobiya, ksenefobiya Fransanın gündəlik siyasəti olub. Təəssüflər olsun ki, Makron Fransanı tamamilə dəyişdi. Vaxtilə Fransa Avropada azdan-çoxdan azadlıq haqqında danışmaq hüququna malik idi. İndi isə bu ölkə insan haqlarının pozulması və neokolonializm siyasətinin aparılması, islam dünyasına ağlasığmaz formada münasibətin göstərilməsi, xüsusilə də Azərbaycana qarşı ermənilərin zəhərindən istifadə edərək fəaliyyət göstərməsi kimi məsələlərdə birinci sıradadır".

Bakıda iflasa uğrayan Fransa kəşfiyyatı: Parisdən Azərbaycana qarşı TƏXRİBAT


S.Seyidov Azərbaycan hökumətinin bundan sonra daha da sərt addımlar atacağını istisna etmədiyini vurğulayıb:

"Gözümüzün qabağında, artıq Fransanın iki diplomatı ölkədən qovulur. Hamı da onların niyə qovulduğunu bilir. Biz həm daxildə, həm də xaricdə maraqlarımızı qorumuşuq, qoruyuruq və bundan sonra da qoruyacağıq. O cümlədən beynəlxalq müstəvidə Fransanın apardığı siyasəti ifşa etməyi davam etdirəcəyik. Biz millət vəkilləri kimi bunu deyirik. Fransa öz münasibətini dəyişməsə, Azərbaycan hökumət tərəfindən daha da kəskin addımlar atıla bilər. Görünən odur ki, Fransanın öz siyasətini dəyişmək fikri yoxdur. Ona görə ki, Makron erməni diasporu vasitəsilə itən nüfuzunu Fransada hansısa formada qoruyub saxlaya biləcəyini hesab edir. İtən nüfuzuna görə Fransanın milli maraqlarına uyğun gələn Azərbaycan milli maraqlarını bir qrup erməni diaspor nümayəndələrinə qurban edir. Faktiki olaraq, Fransanın milli maraqlarının üstündən xətt çəkir. Bu da prezidentə yaraşmayan addımdır. Faktiki olaraq prezidentliyə xəyanətdir. Öz maraqlarının üstündən xətt çəkib, kiminsə maraqlarını üstün tutmaq başadüşülən deyil. Makron isə buna gedir. Çünki siyasi karyerasının artıq süquta uğradığını bilir. Bilir ki, 2027-ci ildə seçilmək imkanı olmayacaq. O, bütün fəaliyyətlərinin ciddi təhlil olunacağını bilir. Buna görə də qorxur. Taleyindən qorxduğuna görə bu məsələləri ortaya atır ki, sabah həmən erməni diasporunun yaxasından yapışıb, özünə dividentlər əldə etsin. Başa düşə bilmir ki, erməni diasporu, xaricdə yaşayan erməni başbilənləri xəyanət etmək üzrə ustadılar. Onlar Türkiyəyə, bizə, Rusiyaya, hətta Qərbə xəyanət edib. Paşinyan Avropa Parlementində Avropanın xoşuna gəlmək üçün Rusiyanı söyürdü, kömək istəyirdi. Bu gün qaça-qaça Rusiyaya gedib. Ermənilərin xəyanət dövrü Türkiyədə yüz illərlə, Azərbaycanda 200 il, Rusiyada 3 il, Qərbdə 1 il olub. Bunların xəyanət dövrü məhdudlaşır. Tez başlayıblar. Deməli, bu xəstəlik inkişaf edir. Makron hansısa formada erməni diasporuna arxasını söykəyib kömək gözləyirsə, bilsin ki, onu hamıdan tez satacaqlar. Növbət prezident seçkilərində onun seçilmək hüququ yoxdur. Onu lazımsız istifadə olunmuş siyasi əşya kimi atacaqlar. Erməni diasporu başqa nüfuzlu siyasətçilərin dalınca qaçacacaqlar. Erməni lobbisinə kim arxalanırsa uduzur"

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
İran 4 diplomatımızı “arzuolunmaz şəxs” elan etdi - RƏSMİ
backend
İranlı diplomatların ailələri Azərbaycanı tərk etdilər - Foto
backend
İranın Azərbaycandakı səfirliyinin dörd əməkdaşı arzuolunmaz şəxs elan edildi - RƏSMİ
backend
Azərbaycan növbəti dəfə Fransaya nota VERDİ
backend
Azərbaycan Fransaya NOTA VERDİ
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 300

XƏBƏR LENTİ

Qaxda azyaşlı qıza qarşı cinsi zorakılıq ittihamı ilə iki nəfərə hökm oxunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0321 Ekm
Leyla Əliyeva və Saida Mirziyoyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyini ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5121 Ekm
Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:3921 Ekm
Zəngilan şəhərinin işğaldan azad edilməsindən altı il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2020 Ekm
Aşqabadda Leyla Əliyeva, Oğulcahan Atabayeva və Saida Mirziyoyeva arasında üçtərəfli görüş keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4520 Ekm
Nərgiz Əliyeva – səhiyyə sahəsində məsuliyyətli idarəçilik və insan sağlamlığına xidmət missiyası [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5720 Ekm
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0120 Ekm
Ramin Musayev – Giləzi bələdiyyəsində yerli idarəçilik və ictimai məsuliyyət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4520 Ekm
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar ödənişsiz avtobuslar təşkil olunacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3420 Ekm
Tibb elmləri doktoru, professor Yavər Şıxəliyev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2520 Ekm
Sosial şəbəkələrdə falçılıq adı altında dələduzluq edən şəxs saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2120 Ekm
Leyla Əliyeva Türkmənistana səfərə gedib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0720 Ekm
Prezident İlham Əliyev Azərbaycan energetiklərini təltif edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5620 Ekm
İsmayıllıda 3 maqnitudalı zəlzələ baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5619 Ekm
“Borussiya Dortmund” Bakıya yola düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5519 Ekm
Bakıda anasını geyiminə görə mübahisə zamanı qətlə yetirən Ayxana 7 il 6 ay həbs cəzası verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5219 Ekm
FHN ötən həftə 149 yanğına müdaxilə edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4719 Ekm
Anar Bayramov səhiyyə naziri təyin edildi – DOSYE [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1419 Ekm
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – Prezidentdən Fərman [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0919 Ekm
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki hərbçi həbs edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0319 Ekm
Trampdan Netanyahuya açıq dəstək: Yenidən seçilməsini istəyir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5219 Ekm
Rusiyada MMA döyüşçüsünə atəş açıldı: Vəziyyəti ağırdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4619 Ekm
Bakıda ağır qəza: Bir nəfər həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4219 Ekm
Xırdalanda yaşayış kompleksinin ərazisində baş verən yanğın söndürülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2118 Ekm
Türkiyəli narkotik alverçisi Almaniyada xəstəxanadan skuterlə qaçırılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1718 Ekm
“Qarabağ” – “Neftçi” derbisindən sonra 19 nəfər saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0718 Ekm
18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0418 Ekm
Qurban Qurbanov: “Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5818 Ekm
Hikmət Hacıyev azərbaycanlılarla almanların ortaq tarixi yaddaşını əks etdirən filmi paylaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5618 Ekm
Bakıda gəmidə çalışan dənizçinin üzərindən narkotik aşkarlanıb – məhkəmə hökm çıxarıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5118 Ekm
Bərdə xəstəxanasında huşsuz pasiyenti döyən sanitar işdən çıxarılıb, araşdırma başlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4518 Ekm
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3818 Ekm
Ukrayna millisinin sabiq futbolçusu Roman Maksimyuk müharibədə həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2718 Ekm
Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5917 Ekm
“Qarabağ” – “Neftçi” qarşılaşması bu gün keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5317 Ekm
İstanbulda sel fəlakəti: Ölənlərin sayı 5-ə çatdı, itkin düşənlər var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5117 Ekm
Samuxda ağır qəza: Avtomobil iki hissəyə bölündü, sürücü reanimasiyaya yerləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4417 Ekm
Alyona Əliyevadan Anar Hüseynzadənin sərgisindən paylaşım [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4017 Ekm
Rusiya ordusu Donetsk vilayətində daha bir şəhəri nəzarətə götürdüyünü açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3617 Ekm
İmişlidə qoşqulu traktorla “QAZ-53” toqquşdu: Pambıq yola səpələndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1917 Ekm
İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0917 Ekm
İsxak Hersoqun Bakıya səfəri ilə bağlı Türkiyədə yayılan iddialara aydınlıq gətirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0317 Ekm
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5917 Ekm
Ürək köçürülən gənc nahardan sonra vəfat etdi: Bir il sonra toyu olacaqdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1516 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə