
Qroznıda Azərbaycanın “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirənlərin xatirəsinə memorial plitə ucaldılıb.
AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından bir il keçir.
Faciə zamanı göyərtədə olan 67 nəfərdən 38-i həyatını itirdi, 29 nəfər isə möcüzə nəticəsində sağ qaldı. Bir il ötüb, amma hadisə ilə bağlı suallar hələ də cavabsızdır. Qəzanın səbəbləri tam açıqlanmayıb, məsul tərəf isə indiyədək günahı üzərinə götürməyib.





