
MOİK-in 24 yaşlı hücumçusu Seyxan Fərəcov karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər. Qaynaqların verdiyi məlumata görə, gənc forvardın yanvar ayında “İmişli” və “Karvan-Yevlax” klublarına keçməsi ehtimalı var.
Lakin MOİK rəhbərliyi mövsümün ortasında aparıcı oyunçusunu buraxmaq niyyətində deyil. Fərəcovun klubla müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Seyxan Fərəcov bu ilin yayından MOİK-də çıxış edir və I Liqada 11 qol ilə bombardir lideridir.





