![Azərbaycanda 2 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi bərpa edilib Azərbaycanda 2 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi bərpa edilib](https://azadmedia.az/uploads/posts/2025-02/1738762369_57e209a5-ed8c-3d53-9763-281b25835b62_850-1.jpg)
Azərbaycan Mərkəzi Bankı 1 fiziki şəxsə - Abdullayev Fariz İldırım oğluna verdiyi sığorta brokeri və 1 fiziki şəxsə - İsbatov Elçin Nadir oğluna verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini bərpa edib.
"Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar yanvarın 31-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyaların qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.