• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB [xfvalue_red]

28 Nis, 25 - 17:44

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək.

Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.

Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq.

Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.

Biz bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, - bu barədə fikir mübadiləsi aparılmışdır, - eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Birinci mərhələdə hörmətli Prezidentlə təkbətək və məhdud tərkibdəki görüş əsnasında fikir mübadiləsi aparılmışdır. Yəni, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Bunun üçün yenə də deyirəm, müvafiq göstərişlər verildi və əminəm ki, bu göstərişlər yerinə yetiriləcək.

Prezidentin səfərinə qədər çox fəal təmaslar həyata keçirilirdi, yüksəkvəzifəli şəxslər qarşılıqlı səfərlər edirdilər, həm Prezidentin səfərinə hazırlıq məqsədilə, eyni zamanda, konkret layihələrin icrası üçün. Bütün bu işlərdə əməyi olan vəzifəli şəxslərə öz təşəkkürümü bildirmək istəyirəm. Səfər doğrudan da çox yaxşı hazırlanıb, çox yaxşı sənədlər ərsəyə gəlib. Əminəm ki, qəbul edilmiş qərarlar bizim əlaqələrimizi uzun illər bundan sonra yüksələn xətlə aparacaq.

Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.

Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir.

Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu.

Mən yenə də Prezident Pezeşkiana “Xoş gəlmisiniz!” deyirəm, mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Onunla birlikdə gələn bütün qonaqlarımıza da “Xoş gəlmisiniz!” deyirəm. Əminəm ki, səfəriniz uğurlu, nəticələr də çox gözəl olacaq. Sağ olun.

15:02
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Bu barədə “Report”un tədbirdə olan əməkdaşı xəbər verir.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər
backend
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər
backend
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər
backend
Prezidentlər mətbuata bəyanatla çıxış EDİBLƏR
backend
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 115

XƏBƏR LENTİ

“Talış kəndində nümunəvi fəaliyyət: Eşqin müəllimin məsuliyyətli idarəçiliyi və vətəndaşlara diqqəti” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:2727 Ağu
“AID Group” şirkətinin rəhbəri Nigar Fərhad saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2627 Ağu
ABŞ-də tələbə səhv evin qapısını döydü, polis tərəfindən güllələndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2427 Ağu
“Sabah” futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib – FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2027 Ağu
Jurnalist Aidə Əliyeva AFFA-da yeni vəzifəyə təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1727 Ağu
“Gömrükdə işə düzəldəcəyəm” deyərək 74 900 manat aldı – tanışlıq vədi bahalı başa gəldi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1427 Ağu
Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri təşkil olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1227 Ağu
Bilgəhdə 220 yerlik yeni incəsənət məktəbi açılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0827 Ağu
24 yaşlı qadın hamiləliyini sonlandırdıqdan sonra həyatını itirib – abortun harada aparıldığı məlum deyil [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5927 Ağu
Şabranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı iki nəfərə çatıb. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5527 Ağu
Şəmkir rayon Qapanlı kənd İsrafil Məmmədov adına kənd tam orta məktəbin direktor əvəzi Sadət müəllim – təhsil ocağında nümunəvi idarəçilik [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3227 Ağu
Həbibova Gülyanax xanım – peşəkar rəhbər, qayğıkeş və məsuliyyətli təhsil işçisi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2526 Ağu
Xırdalanda körpə binanın 7-ci mərtəbəsindən eyvandan yıxılaraq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1826 Ağu
ABŞ ordusunun İran münaqişəsində itkiləri 776 nəfərə çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3326 Ağu
“Sabah”dan tarixi zəfər – Azərbaycan klubu Çempionlar Liqasının əsas mərhələsində [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3026 Ağu
26 avqust – Laçın Şəhəri Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2526 Ağu
Vladimir Putin Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0626 Ağu
Prezident Administrasiyasında sentyabr ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0226 Ağu
Paşinyan: “Ermənistanda heç bir xarici sülhməramlı qüvvə yerləşdirilməyəcək” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5926 Ağu
Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5526 Ağu
Formula-1 yarışı ilə əlaqədar Azərbaycanda viza prosedurları sadələşdirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5226 Ağu
Xuluf kəndində nümunəvi idarəçilik: Bəxtiyar Şamillinin fəaliyyəti sakinlər tərəfindən yüksək qiymətləndirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4726 Ağu
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4925 Ağu
Ağdamda kişi qətlə yetirildi – kürəkəni saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4625 Ağu
Leyla Əliyeva Buxara Müasir İncəsənət Biennalesinin əsərləri ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4325 Ağu
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4025 Ağu
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddən Buxaraya gediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3725 Ağu
Hikmət Hacıyev Ukraynanın dövlət ordeni ilə təltif edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3325 Ağu
Bakıda aptekdə mühafizəçinin meyiti tapılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3025 Ağu
Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2625 Ağu
Azərbaycanda kriptovalyutanın dövlət nəfinə müsadirəsi ilə bağlı ilk məhkəmə hökmü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2125 Ağu
İlham Əliyev Volodimir Zelenskini təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1025 Ağu
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında iştirak ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3624 Ağu
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində olublar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3124 Ağu
İlham Əliyev və Şavkat Mirziyoyev Yeni Daşkənddə “Azərbaycan” parkının təməlini qoyublar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:2624 Ağu
Görkəmli bəstəkar, Xalq artisti professor Tofiq Bakıxanov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:2324 Ağu
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə “Oxunguzar” incəsənət məkanında olublar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:2024 Ağu
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:1624 Ağu
Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” imzalandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:1224 Ağu
Azərbaycan-Özbəkistan münasibətləri: Qardaşlıqdan geoiqtisadi tərəfdaşlığa [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0824 Ağu
Prezident İlham Əliyev və birinci xanım Daşkənddə Heydər Əliyevin barelyefini ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0424 Ağu
Bakı ilə Daşkənddən TARİXİ ADDIM: Müttəfiqlik yeni səviyyəyə yüksəlir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0024 Ağu
Bakıda minifutbolçu Qiyas Babayev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1223 Ağu
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0923 Ağu
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə