
Rusiyanın Kamçatka diyarında 6,3 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat verib.
Seysmik hadisə Petropavlovsk-Kamçatskidən 373 kilometr aralıda qeydə alınıb. Zəlzələnin episentri 22,2 kilometr dərinlikdə yerləşib.





